Page 65 - "Yolüstü söhbət"
P. 65
DÖNGƏ

K örpünü keçib maşını yolun kənarında saxladılar.
Kənd körpüdən o yanda qaldı. Bu yanda asfalt
yol idi, dağın arxasından çıxıb burulur, bir az irəlidə yenə
tezcə yoxa çıxırdı. Avtobuslar burdan keçirdi.
Oğlan yol çantasını götürüb, maşından düşdü.
– Hə, – dedi, – daha sən qayıt.
Kişi də maşından düşdü. İstidən daldalanmağa yol gə-
zirmiş kimi, gözlərini qıyıb ətrafına baxdı. Döngədə – çayın
üstə tikilmiş şüşəli yeməkxanadan başqa daldalanacaq yox
idi. Amma bu istidə orda da oturmağa dəyməzdi.
– Deyirsən, gedim?
Oğlan həvəssiz-həvəssiz gülümsəyib yerə domuşdu. Elə
bil maşının bapbalaca kölgəsində gizlənmək istəyirdi.
– Özün bilərsən.
Kişi çox fikirləşmədi:
– Yox, yaxşısı budu, gözləyim, yoxsa gəl sonra ananın
qabağında dur görüm. Deyəcək, gülməşəkərlərimi yola
salmadı.
Oğlan kişinin bacısı oğluydu. Amma yaş fərqi az oldu-
ğundan tay-tuş kimi idilər.

65
   60   61   62   63   64   65   66   67   68   69   70