Page 60 - "Yolüstü söhbət"
P. 60
sə yazacaqdı, nəsə... Qadın üçün bunlar “nəsə” idi. Çünki
əri öz iş-gücündən ona heç nə danışmırdı. Səhər gedirdi,
bir də yatmağa az qalmış qayıdırdı. Yorğun-arğın qayıdırdı,
çörəyini yeyib bəzən o saat da yatırdı; bəzən də beləcə ota-
ğına çəkilib “nəynənsə” məşğul olurdu.

Əri günün çoxunu işdə keçirdiyinə görə evlərinə gəlib-
gedən az olurdu.

Gələndə də ərinin iş yoldaşları gəlirdi, yeyirdilər, içirdilər,
içən olmasa da, qonaqlara görə hərdən əri də azca içirdi,
amma yenə bütün gecəni yatammırdı, tez-tez durub havaya
çıxırdı. Bu vaxt o da arxasınca çıxırdı, ərinin çiyninə bir şey
salıb, avazımış sifətinə baxa-baxa dayanırdı. Əri bəzən bu-
na görə acıqlanırdı, yanından qovurdu, amma hərdən heç
nə demirdi, hətta elə bil bundan xoşlanırdı. Və ancaq bu
vaxtlar öz işindən: planı verdiyindən, direktorun onun xət-
rini istədiyindən, onu irəli çəkəcəyindən, aspiranturaya
hazırlaşdığından, maşın alacağından, nələrdən, nələrdən
yerli-yataqlı danışırdı. Amma hər dəfə də ərinin bu vaxtlar
öz iş-gücündən danışması qadına qəribə gəlirdi. Çünki
belə vaxtlar ərinin nəsə başqa bir şey deyəcəyini, başqa bir
şey danışacağını gözləyirdi. Ərisə hey işindən danışırdı.
Qadın gözlərini ondan çəkməyib gözləyirdi, o qədər baxırdı
ki, əri kiçilib-kiçilib uzağa çəkilirdi, bircə ağzı yaxında
görünürdü; bu ağız açılıb yumulurdu, açılıb yumulurdu,
amma qadın heç nə eşitmirdi.

Səhərlərsə əri durub yenə işə gedirdi və qadın yenə ev-
də tək qalırdı. Evin, həyət-bacanın qayğısı az olduğundan
günortaya kimi sil-süpür eləyib, yemək hazırlayıb qurtarırdı.
Sonra harasa getməyə hazırlaşırdı, güzgünün qabağında
xeyli dayanıb özünə bəzək-düzək verirdi, saçını cürbəcür
darayıb tökürdü. Amma geyinəcəyi paltarı seçməkdə həmişə

60
   55   56   57   58   59   60   61   62   63   64   65