Page 58 - "Yolüstü söhbət"
P. 58
ydən ağız deyəni qulaq eşitmir. Siqaretin tüstüsü otağı
başına götürüb.
O da qol çəkib pulunu aldı.
Həmişə belə olur: çox arzulayanda az alır, az fikirləşəndə
çox. Deyəsən, niyyət eləmək düşmür ona.
Görən niyə az çıxıb? Bəlkə “naçalnikdən” soruşsun?
– Nədi? Neçə alıbsan?
– Yüz beş.
– Bə deyirsən azdı! Yüz beş azdı ə, mən özüm sənnən
də az alıram.
– Axı işləmişəm.
– Yaxşı ə, yaxşı, guya biz işləmirik. Nə vecinə, subay
oğlansan, dərdin yox, sərin yox. Gələn ay yaxşı olar, hər
belə xırda şeydən ötrü qanımızı qaraltma.
Daha neyləyəsən? Eybi yox, bu ay əlini sıxar. Boş yerə
pul xərcləməz.
– Məllim, ay məllim, gedirsən içməyə?
– İş yoldaşlarıdı. Uşaqlar texnikum qurtardığına görə
onu belə çağırırlar.
– Yox, mənim işim var.
– Nə işdi, qıznan görüşə gedirsən?! Bilirik də, gedib bu
saat şirin çay içib uzanacaqsan çarpayıya. Yoxsa uşaq başı
aldatma, denən, xəsisəm, inanaq.
O, uşaqlardan incimir. Axı uşaqların xəbəri yoxdu ki, o,
toy eləmək istəyir. Hələ evin üstünü də düzəltdirmək
lazımdı. Atası lap qocalıb. Evdə də dörd uşaq. Bir-iki olsa,
dərd yarıdı. Hamısı da balaca-balaca.
58