Page 56 - "Yolüstü söhbət"
P. 56
Sonra da dedilər ki, yığış, birdəfəlik gəl kəndə. Evin
içində ol. Daha oxuyub qurtarıbsan.
Birtəhər başlarını yozdu.
Əlbəttə, həmişəlik şəhərdə qalmayacaq ha. Çox elə gözü
uçurdu. Qoy bircə özünü düzəltsin, gələr. Gələr, evlənər,
təsərüffata da azdan-çoxdan köməyi dəyər.
Daha, deyəsən, evdəkilərin əli işə-gücə yatmır. Kişi lap
qocalıb. Gec evlənmək də bir tərəfdən pisdi. O qocalıb,
uşaqlarsa balaca. Beş qardaşdılar. Ən böyüyü odu.
O, atasının nə cür işlədiyini bilir. Kişi gecəyə-gündüzə
baxmır, elə həmişə çöldədi. Gələndə də evin işindən göz
açammır. Ancaq bir dəfə də həyatından şikayətlənməyib.
O günsə, axşam tərəfi çörək yedikləri yerdəcə atası qəfil
durub eşiyə çıxdı. O da arxasınca durdu. Gördü ki, kişi mə-
həccərə söykənib ağır-ağır nəfəs alır. Soruşdu ki, nə olub?
Heç, dedi, keçib gedər, axır vaxtlar nəsə ürəyim sancır.
Kişinin kölgələnmiş sifətinə baxa-baxa onu qorxu
bürümüşdü. Fikirləşmişdi ki, birdən atası ölər, evin ağırlığı
onun üstünə düşər. Onda nə eləyər? Bu ailəni dolandırmağı
bacararmı? Hələ uşaqlar! Onları böyütmək lazımdı, əllərini
çörəyə çatdırmaq lazımdı. Bir-iki də deyil. Dörd uşaq, ha-
mısı da balaca-balaca.
Ancaq, maşallah, zirək uşaqlardı. Sözə baxandılar. Təkcə
kiçik bir az dərslərindən axsayır. Gərək gedəndə ona
möhkəmcə təpinsin.
Anası çox fikir eləyir. Nə olsa ürəyinə salır. Deyəsən,
şəhərdə nə üçün qaldığını hiss eliyib. O gün gözünün qo-
rasını sıxır. Deyir, üç ildi eyni pencəkdə gedib-gəlirsən.
Başqaları da uşaq saxlayır, əyin-başına baxırsan adamın
gözü qamaşır.
56