Page 53 - "Yolüstü söhbət"
P. 53
– Eşidirəm.
– Mən sizin sırğanızı tapmışam.
– Necə yəni? Mənim sırğam axı tapılıb...
Daha gözləməyib dəstəyi asdı. Qadının səsi tox, arxayın
adamın səsinə oxşayırdı. Bayaq trolleybusda gördüyü qadın
gözünün qabağına gəldi. Həmin qadın öz zərli xələtində
otaqda gəzişirdi. Bəlkə də telefon zəng çalanda mətbəxdə
kartof təmizləyirmiş, firuzə qaşlı sırğanı itirdiyini də çoxdan
unudubmuş. Əvvəl-əvvəl tapanda, yəqin ki, çox sevinib,
tezcə sırğanı qulağına keçirib, güzgünün qabağında fırlanıb.
Sonrasa üstündən bir-iki gün ötüb və hər şey: telefon zən-
gini gözlədiyi günlər, nigarançılıq, evdəki söz-söhbət – ha-
mısı unudulub. İndi heç qulağında sırğa olduğu yadına
düşmür. Çünki adam bir şeyə çox öyrəşəndə onun varlığını
unudur.
Bazardan iki əli də dolu çıxdı. Əriməyə başlamış qar
ayağı altında fırçıldayırdı. Evə yaxınlaşdıqca, evin qayğılarına
da yaxınlaşırdı. Təki arvadının ağrısı kəsmiş ola. Ancaq
ağrısa da, onun yanında çalışır sızıldamasın. Çünki bilir,
ağrıyanda onun açığı tutur. Görən, arvadı heç ondan ötrü
darıxırmı? Birinci dəfə idi özünə belə sual verirdi. Olur,
hərdən adam belə axmaq şeylər fikirləşir.
Kitab dükanının yanından keçəndə yenə ayağını saxlayıb,
elana baxdı. Qəribə idi ki, indi də sırğanı tapdığına görə
qadına yazığı gəldi.
53