Page 48 - "Yolüstü söhbət"
P. 48
Qadının xoşbəxtlik və hiyləgərlik oxunan təbəssümündən
hiss olunurdu ki, qızını aldadıb. Ancaq qızın necə sevindiyini
görəndə sevinməmək olmurdu. Bircə uşaq sevinci belə
yoluxucu olur.
Nədənsə, yenə elan yadına düşdü. Bayaq nə üçün qadının
qulağına baxmaq istədiyini indi anladı. Bəlkə sırğanı elə
bu qadın itirib? İnanmağı gəlmədi. Elan verən qadının
narahatçılığı bu qadından çox-çox uzaq idi. Lap ilk dəfə
elanı görəndə düşünmüşdü: görən, firuzə qaşlı sırğanın
qiyməti neçə olar? Arvadından soruşmağa ürək eləməmişdi:
birdən fikirləşər onun üçün almaq istəyir. Ancaq, görünür,
bahadı ki, elan yazıb yapışdırıb. Bir var sözünü bir-iki
adama deyib heyifsilənəsən, bir də var hamıya car çəkəsən.
Qadının əri yəqin indi kitab dükanının yanından keçməyə
ürək eləmir. Qorxur birdən kimsə dönüb deyər: bax, bu
yazıq kişinin arvadı itirib. Özü də nə? Sırğa. Sırğanı da heç
itirmək olar? Pul deyil, papaq deyil, üzük deyil. Deşib qu-
lağını taxırsan, gəl başa sal ki, itirmişəm. Sözsüz, əri də
əvvəl inana bilməyib. Qadını kiritməkdən çox sorğu-suala
tutub: necə olub, hara getmişdin, hardan gəlmişdin? O
qədər soruşub, qadının dərdi-azarı sırğaya yanmaqdan
çox, ərini inandırmaq olub. Buna çalışdıqca da özü inan-
mayıb. Çünki əlini hara atıb – boşa çıxıb, qalıb çiynini
çəkə-çəkə. Kişi də o, çiynini çəkdikcə gözünü yumub, ağ-
zını açıb, dişinin dibindən çıxanı ona deyib: sən həmişə
beləsən, sən gicsən, sən huşsuzsan, nə bilim, nəsən. Sonra
qolundan tutub darta-darta qadını həmin gün olduğu yer-
lərə aparıb. Gediblər, baxıblar, qadın işləyirsə, iş yerinə də
baş çəkiblər. Əlləri hər yandan üzüləndə ev-eşiyi alt-üst
eləyiblər. Axırda da yenə tezcə özündən çıxdığı kimi, birinci
kişi sakitləşib, başını qoyub qaz tükündən yastığa, üzünü
48