Page 50 - "Yolüstü söhbət"
P. 50
Bir də var ər arvadına qarşı diqqətsiz ola, diqqətsiz ol-
duğu da sırğa itəndə bilinə. Qadın deyəndə ki, sırğanı itir-
mişəm, kişi birdən-birə karıxıb dilindən qaçıra: nə sırğa,
hansı sırğanı? Qadını elə bil buzlu suya salıb cıxararlar,
dodağı nifrətdən əyilər: gör ha, hələ bilmir ki, mənim sır-
ğam var imiş. İlahi, bəs bu nəyi bilir? Bəs bunun fikri har-
dadı? Mən bunun üçün bəzənib-düzənirəm, bunun xoşuna
gəlmək üçün dəridən, qabıqdan çıxıram, ancaq bu bilmir
ki, mənim firuzə qaşlı sırğam var imiş. Bu sözləri qadın
ürəyində deyəcək, hər dediyi sözlə də dünya söz boyda
gözündən düşəcək, gözündən düşmüş dünyada daha sırğa
dərdinə yer qalmayacaq. İndən belə necə, nə cür yaşayacağını,
nəyə söykənəcəyini bilmədiyindən, günün, həyatın verdiyi
adicə yaşamaq sevinci də ona gülünc görünəcək.
Kişi isə səhvini o saat başa düşəcək, diqqətli olduğunu
qadına çatdırmaq üçün təkrar-təkrar sırğa söhbətinə qayı-
dacaq, güya sırğanın itməyi onun da qanını qaraldıb. Ancaq
günlərin bir günü, kitab dükanının yanından keçəndə elanı
görüb hirslənəcək, həm də hirslənməyə bəhanəsi olduğuna
görə sevinəcək. Qopartdığı elanı arvadının burnu qabağında
yellədə-yellədə (qopartmayıbsa, demək, hələ elandan xəbəri
yoxdu), nədi, deyəcək, nə vaxta qədər deyirsən yas tutaq
sənin sırğana? Küçəyə çıxammıram, görən sırğanı soruşur:
sırğanı tapdınızmı, sırğanı tapdınızmı? Daha dəli olmuşam,
yatıb yuxuda da sırğa görürəm. Qara gəlsin sənin sırğanı,
itib, neyləyək itib, durub özümüzü öldürməyəcəyik ha?!
Məni niyə gülünc vəziyyətə salırsan, az-çox qazandığımız
hörməti niyə beş qəpiklik eləyirsən?!
Hirsini töküb sevinə-sevinə evdən çıxacaq, bəlkə heç
gecəni də evə gəlmədi. Çünki hardasa bir qadın var ki,
onun yanında qalmaq daha xoşdu. Özü də arvadının ağlına
50