Page 47 - "Yolüstü söhbət"
P. 47
saat onun üstünə cumacaqlar. Hələ üstünə cummaqları
cəhənnəm, qorxurdu birdən axtardıqları şey, doğrudan
da, onun cibindən çıxar.
Yenə siqaret çəkəmmədi. Trolleybus elə bil dayanıb onu
gözləyirdi. Minməmək də olardı, bazar yaxın idi, ancaq
fikirləşənə qədər daha trolleybus tərpənmişdi, o da içində.
Nəzarətçinin qorxusundan tezcə bilet aldı. Tərs kimi
bilet almayanda bir də baxırdı başının üstünü kəsdirib. Elə
ki, alırdı, nə qədər arzulasa da, nəzarətçidən xəbər-ətər
çıxmırdı.
Trolleybus elə donmuşdu ki, sınıq araba kimi cır-cır cı-
rıldayırdı, deyirdin, bu saat sökülüb dağılacaq. Onunla qa-
baq-qabağa kök, şubalı qadınla qırmızı papaqlı qız uşağı
oturmuşdu: rahat, qayğısız, elə bil trolleybusda yox, öz ev-
lərində, öz isti otaqlarında oturmuşdular, qışın əli çatmadığı
ilıq, mehriban səslə hündürdən danışırdılar.
– Məni daha aparmayacaqsan bağçaya?
– Yox, aparmayacam.
– Doğrudan?
– Ana heç yalan deyər?!
– Bəs işə getmiyəcəksən?
– İşdən çıxdım da, sən quzu balaya görə.
Qız tez-tez anasına baxırdı. İnana bilmədiyinə görə
təqsirkar-təqsirkar gülümsəyirdi. Gülümsəyəndə yanaqları
batırdı.
– Bə nətəri çıxdın?
– Görürsən, yenə anaya inanmırsan. Mən də axı səndən
ötrü darıxmışam. İstəyirəm balam yanımda olsun.
Qız elə sevindi, heç söz də deyə bilmədi. Sevincini giz-
lədəmmədiyinə görə utanıb başını anasının sinəsində giz-
lətdi.
47