Page 52 - "Yolüstü söhbət"
P. 52
arvadından, öz həyatından yerdən göyə qədər razıdı.
Çətin onun qədər xoşbəxt adam ola. Sevib-sevilib evlənmək
kimə qismət olur? Barmaqla saymaq olar. Ancaq ona qismət
olub. Sevdiyi adamdan da nə gözləyirsə; özünə qarşı diqqət,
həssaslıq, hörmət – hamısını ondan görür. Sabah uşaqlar
böyüyəcək, bir qayğı min olacaq, di gəl onun ev-eşik
sarıdan nigarançılığı yoxdu, arvadının evdarlığına, səliqəsinə
inanır. Elə götürək sırğanı. Başqası itirsə, bunu özünə bir
elə də dərd eləməz. O isə fikirdən gülməyi də yadırğayıb,
həmin gün olduğu yerləri ələk-vələk eləmək cəhənnəm,
gedib bir elan da verib. Heç elandan xəbəri olmayacaqdı,
arvadı onu hər şeydən ötrü narahat eləmək istəmir, səhər-
səhər yuxudan duranda təsadüfən stolun üstündə gördü.
Daha açıb-ağartmadı. Belə şeylə sakitləşəcəksə, qoy necə
ürəyi istəyir, eləcə də eləsin...

Sırğanı itirən qadının heç əri olmaya da bilərdi. Ancaq
nə fərqi, əri vardı, ya yox, əri onu sevirdi, ya sevmirdi, ha-
mısının axırı gəlib elana çıxırdısa, demək, qadın sırğanın
tapılacağına, onu qaytaracaqlarına ümid eləyirdi. Hər gün
oturub telefon zəngini gözləyirdi, harasa gedəndə bir canı
telefonun yanında qalırdı, zəng çalanda tezcə qaçıb özü
götürürdü. Hələ bu narahatçılıq, bu zülm nə qədər çəkəcəkdi,
Allah bilir. Ümid pis şeydi. Ümid adamı yorur.

Bazarın yanındakı qoşa telefon budkasını görəndə
fikirləşdi ki, gedib qadına zəng eləsin. Desin, sırğanı
tapmışam, məndədi, ancaq qaytarmayacağam. Qoy Güllü
xanım bu boş ümiddən əlini üzsün, sakitləşsin, əziyyətdən
qurtarsın.

– Salam.
– Əleykəssalam.
– Zəhmət olmasa, Güllü xanımı telefona çağırın.

52
   47   48   49   50   51   52   53   54   55   56   57