Page 55 - "Yolüstü söhbət"
P. 55
diyə kimi ona pul yollayırdılar, ona görə də çatdıra
bilmirdilər. Daha o, pul istəmir, özü qazanır. Yaxşı qazanır.
Əvvəllər texnikumda oxuya-oxuya qarovulçuluq eləyirdi.
Yetmiş manat o, otuz manat da texnikumdan alırdı. Bircə
əyin-baş evin cibindən çıxırdı. Şəhər yerində dolanmaq
çətindi. Hər addım puldur. Kənddə yüz manata yaxşıca
dolanmaq olar. Qoyun-quzu da yenə adamın əlindən tutur.
Süd almırsan, yağ almırsan, mer-meyvəyə də pul vermirsən.
Ancaq şəhərdə olmur. Texnikumu qurtardı, göndərdilər
zavoda. Doxsan manat maaş. Onunla necə dolanasan? Zora
qalsa, birtəhər dolana bilər. Tək oğlandı. Ayaqqabı istəyən
yox, pal-paltar istəyən yox.
Ancaq ona pul lazımdı. Axı nişanlıdı. Hamı kimi gərək
evlənsin. Üzüyü, sırğası, saatı – hər şey yerli-yerində. Tək
ev bacarmaz. Gərək özü də işin bir qulpundan tutsun.
Aparıb min manat, iki min manat qoyar stolun üstünə,
deyər, bax, bu da mən, di qolunuzu çırmalayın.
Ona görə də təyinat yeri ilə birtəhər üzülüşüb gəldi za-
voda. Fəhlə düzəldi. İndi qazancı yaxşıdı. Düzdü, iş də o
söz – çətindi. Ancaq nə eləmək olar, heç kimə müftə yerə
pul verməzlər.
Subaylıq onu lap bezdirib. Həm də axı nə qədər nişanlı
qalmaq olar? Qız da kənddədi. Nişanlanandan bir dəfə də
üz-üzə, göz-gözə oturub söhbət eləmiyiblər. Nişanlanma-
mışdan qabaq mağıl görürdü. İndi dədəsi biləndə ki, o
gəlib kəndə, qızı heç suya da buraxmır. Guya qıznan bir
kəlmə danışsa, nə olacaqdı. Qəribə adamdı, vallah!
Axırıncı dəfə kəndə texnikumu qurtaranda getmişdi.
Kişi əlində olan-qalan pulu töküb, evi təmir elətdirib. Deyir,
toy eliyəndə utanmayaq. Hələ toy üçün bir dənə də düyə
alıb saxlayır. Çölə-zada da buraxmır, həyətdəcə böyüdür.
55