Page 54 - "Yolüstü söhbət"
P. 54
PUL GÜNÜ

P ul verilən otağın yanından keçəndə içəri boylanır.
Kassir gəlməyib. Çimmək üçün ikinci mərtəbəyə
qalxır. Elə bu cür yaxşıdı. Gedib çimər, paltarını dəyişər,
sonra gəlib pulunu alar. Qaçhaqaç deyil ki... Hamamda
adam çoxdu. Bir duşun altında iki-üç nəfər dayanıb. Suyusa
hələ buraxmayıblar, hələ iş vaxtının qurtarmağına beş-altı
dəqiqə var.
O, paltar soyunulan otağa qayıdır. İş paltarını çıxarıb
şkafdan asır. Çəkələkləri geyinib bircə trusikdə döşəməyə
çökür. Siqaret yandırır. Su gələnə kimi siqareti çəkib
qurtarar, onsuz da su gəldiyini biləcək. Su gələndə uşaqlar
qışqırışırlar. O vaxt durub gedər. Hələ qoy siqaret çəksin.
Görəsən, nə qədər pul yazıblar? Briqada planı doldurub.
Hesabnan yüz qırx-yüz əlli alsın gərək. Səksən manat da
avans alıb. Yüz qırx alsa bəsidi. Əlbəttə, çoxun da ziyanı
olmaz. Çox – lap yaxşıdı.
Beş aydır işləyir. Üç yüz manat kənara ata bilib. Dörd
yüz olan kimi evə yollayar. Qoy evin üstünü düzəltdirsinlər.
Kirəmitlərin çoxu sınıb. Yağış yağanda damır.
Zaldakı divan da köhnəlib. Oturmaq olmur. Yayları az
qalır parçanı deşib çıxsın. Eybi yox, divanı özləri alarlar.

54
   49   50   51   52   53   54   55   56   57   58   59