Page 59 - "Yolüstü söhbət"
P. 59
PAYIZ NAĞILI

H ava yenicə qaralmışdı. Qadın pəncərə arxasında
dayanıb, qaranlıqdan çölə baxırdı. Otağın işığını
özü yandırmamışdı. Çünki işıq yananda otağın içi bayırdan
görünürdü. Onda nə belə rahatca pəncərədən baxa bilirdi,
nə də fikirləşə. Özünü narahat hiss eləyirdi. Elə bilirdi ki,
kimsə onu görür. Tək onu yox, hətta nə düşündüyünü də
görür.
Yol fənərlərinin işığından torpaq ləkə-ləkə idi. Küçə
yamaqlı yorğanını başına çəkib uyuyurdu.
Yollar qaranlığa sevinirlər. Amma dünya yaranandan
adamlar qaranlıqdan qorxurdu. İndi də küçədən əl-ayaq
yığılmışdı. Hərdən-hərdən kiminsə tələsən addım səsləri
eşidilib tezcə itirdi. Yenə sakitlik, yenə fənərlərin işığından
xal-xal olmuş torpaq, lal-dinməz evlər, ağaclar... Amma
qadın min dəfə gördüyü bu kələ-kötür yola, bir-birinə bi-
tişmiş divarları ilə işığını gizlədən evlərə, öz kölgəsinə
bürünən ağaclara baxmağı xoşlayırdı.
Evdə də sakitlik idi. Qadının sakitliyi qorumaqdan
savayı özgə bir işi yoxdu. Əri çayını-çörəyini yeyib otağına
çəkilmişdi, yatana kimi də orda olacaqdı: nəsə oxuyacaqdı,

59
   54   55   56   57   58   59   60   61   62   63   64