Page 63 - "Yolüstü söhbət"
P. 63
qırağında dayanıb xoşbəxt-xoşbəxt özünə baxan çılpaq,
şux qızlara oxşayırdı.
Bu qızlar onu ay təbəssümlərilə çağırırdılar, tələsdirir-
dilər. Onlara qoşulmaq üçün, onlar kimi gözəl görünmək
üçün bəzənmək lazım deyildi.
Qadın suya girirmiş kimi, paltarını soyunub ehmalca
mavi boşluğa girdi, qızlara qoşuldu. Ay işığı bədəninə ho-
purdu, içinə axırdı. Qadın mahnı oxuyurdu, gülürdü, oy-
nayırdı və özünə baxmasa da, bilirdi ki, heç vaxt belə gözəl
olmayıb.
Bu nağıllı gecənin nə qədər çəkdiyini qadın indi də,
pəncərə arxasında dayanıb qaranlıqdan çölə baxanda da
yadına salammırdı. Ancaq onu bilirdi ki, evə qayıdıb yatmış
ərini görəndə çılpaqlığından utanıb ayılmışdı. Ayağının
sızıltısını da, payız gecəsinin soyuğunu da onda hiss
eləmişdi...
Hardansa, çox-çox uzaqdan, uzaqlığın özü kimi sirli bir
səs gəlirdi. Birdən qadının bədəni uçundu, tezcə pəncərədən
çəkilib həyətə düşdü, eyvanın işığını yandırdı.
Eyvanın işığı qaranlıqdan qorxan uşaq kimi həyətdən o
yana adlamırdı. Bağ zil qaranlıq idi, qaranlıqdan hərdən
qopub düşən almaların tappıltısı eşidilirdi.
Bu sirli səsin nə olduğunu ayırd etmək üçün qadın hə-
yətin ortasında dayanıb qulaq kəsildi. Səsi ayırd edəndə
ürəyi atlandı. Başını qaldırıb göyə baxdı. Durnalar köçürdü.
Yerin, göyün tənhalığında durna qatarı bircə öz səsinə sı-
ğınmışdı. Bu sirli səs köçdən düşüb qalmış durnaları
çağırırdı; gedirik, deyirdi, eyy, gedirik, harda qaldın, harda
qaldın?!
Son dəfə haçan durna köçü gördüyü qadının yadına
gəlmirdi. Gözünü zorla seçilən haçadan ayırammırdı.
63