Page 62 - "Yolüstü söhbət"
P. 62
dənələri birdən havada dayanırdı, yellənə-yellənə,
çözələnə-çözələnə itib gedirdi.
Qış günəşi kişi kimi təmkinli, soyuqqanlı olurdu, yaz
günəşi qadın kimi odlu, uşaq kmi sadəlövh. Qadın səhər-
səhər üzünə düşən gün işığına ayılırdı, gözünü açıb o saat
da çölə baxırdı. Yatdığı yerdən ağacların əli çatmadığı göy
görünürdü, bir də talvarın üstü. Qışda üzünə düşən gün
işığının soyuqluğundan, bir də talvarın üstünə atılmış
dəmiri ağardan qırovdan bilirdi ki, havada nə qədər şaxta
var. Yayda da, yazda da gün işığı onu aldatmırdı. Amma
havaxt ki, vaxtından çox yatırdı, ayılıb çölə baxmasa da,
bilirdi ki, gün çıxmayıb, hava buludludu. Bircə belə səhərlər
qadın havanın necə olacağını bilmirdi, ona görə həmin
gün harasa getmək üçün hazırlaşmırdı, bəzənib-düzənmirdi.
Gecələr, işdən yorğun gəldiyinə görə əri daş kmi yatırdı.
O isə yatammırdı. Sakitlik, qaranlıq, adamsızlıq onu çölə
dartırdı. Durub eyvana çıxırdı. Saatlarla beləcə dayanıb
qaranlığa baxırdı. Ya evin damını qamçılayan şıdırğı yaz
yağışına qulaq asırdı, ya çöl fənərlərindən püskürən qara
baxırdı, ya da gecənin sükutundan gözünü çəkmədən bu
sükutdaca əriyib-əriyib yoxa çıxırdı.
Dünən elə ilıq, elə aylı gecə idi ki, yenə dözə bilmədi,
ərini oyatmamaq üçün ehmalca durub həyətə düşdü.
Yupyumru, narıncı ay uzaqda, qollu-budaqlı ceviz ağa-
cının arxasından zorla boy göstərirdi. Dünyanı işıqlandıran
da ay deyildi, ceviz ağacı idi. Ceviz ağacının yarpaqlarının
gümüşü işığı idi.
Nə torpaq vardı, nə səma, nə də evlərin, ağacların köl-
gəsi. Kölgəsiz evlər, ağaclar bir həzin, mavi boşluqdan ası-
lıb qalmışdı. Paltar kimi kölgəsini soyunub atmış ağaclar
62