Page 66 - "Yolüstü söhbət"
P. 66
– Bacından qorxma, deyərsən, yola saldım. Lap deyərsən,
öz maşınımnan düz aparıb qoydum Gəncəyə.

Kişi durub-durub şaqqanaq çəkdi:
– Ə, heyvərə, birdən inciyib eliyərsən ha mənnən,
xəbərimiz olmaz.
Oğlan kinayə ilə:
– Qorxma, – dedi, – xəbər eliyərəm.
Kişi ciddiləşdi:
– Bura bax, doğrudan inciyirsən? Özün bilirsən, axı,
işim var...
Oğlan kişinin ciddiləşdiyini görüb tələsik:
– Yox, əşi, sən mənə fikir vermə, – dedi, – kefim yoxdu.
– Gözüm aydın, kefin yoxdu deyən, gərək bizim də ke-
fimizi pozasan? Odu ha çay, get üzünə su vur, eynin
açılsın.
Özü dedi, özü də öz sözündən həvəslənib çaya sarı düş-
dü.
Avtobus gözə dəymirdi. Oğlan bir ara minik maşınlarına
da əl qaldırdı. Amma saxlayan yox idi. Gün təpəsindən
döydükcə səbri lap tükənirdi.
Kişi yaş, soyuq əllərini onun sifətinə çəkdi:
– Hamamdan sonra pivə ləzzətli şeydi, – dedi, – gəlsənə
bir az içək, Gəncə qaçmır ha.
Oğlanın pivə ilə arası yoxdu. Amma ürəkdən təklif
olunduğu üçün razılaşdı.
Balaca, çirkli yeməkxanaydı. Adətən, burda yolçular
dayanırdı. Çox oturmurdular, toqqanın altını bərkidən
kimi tərpənirdilər.
Keçib dib tərəfdə əyləşdilər, elə yerdə ki, bir gözləri çöl-
də olsun.

66
   61   62   63   64   65   66   67   68   69   70   71