Page 57 - "Yolüstü söhbət"
P. 57
Nə olub, ay ana. Çılpaq ha döyül. Vaxt gələr, o da geyi-
nər, lap “ministr” balası kimi geyinər. Belə şeydən ötrü
dərd çəkməyə dəyməz. Allaha şükür, heç kimin yanında
gözükölgəli deyil, heç kimin qabağında boyun əyməyib.
Çətinlik müvəqqətidi. Hər şey yaxşı olacaq.

Gələn günü anası ilə bazara getmişdi. Arvad bir şey ala-
na kimi, yalan olmasın, bazarı yüz dəfə dolanırdı. Hər
daxılın yanında çənə-boğaz döyürdü. Nədi ki, kartofu beş
qəpik aşağı qiymətə alsın.

Həmin vaxt özünə yer tapa bilmirdi. Qüssədən ürəyi
partlayırdı. Birdəncə, lap birdəncə anlamışdı ki, bu üç-
dörd ildə ona pal-paltar üçün göndərilən iyirmibeşliklər,
əlliliklər necə qazanılırmış.

Və həmin anda göz yaşlarını zorla saxlamışdı, istəmişdi
bu adamın qarşısında diz çöksün, bu daxıl qabağında qara-
qışqırıq salan arvadın əllərini öpsün...

Su gəldi, deyəsən. Uşaqlar qışqırışırlar. Trusiki də çı-
xardıb mıxdan asdı, çəkələkləri şappıldada-şappıldada
hamama getdi.

Yamanca basabasdır. Hamı tez çimməyə çalışır. İtələşə-
itələşə, zarafatlaşa-zarafatlaşa yuyunurlar.

Əvvəllər beləcə lüt, atası, babası yaşında adamların gö-
zü qabağında çimməyə xəcalət çəkirdi. Sonra öyrəşdi. Hamı
lüt olanda heç kim bir-birindən utanmır...

Qurulanıb geyindi. Şkafa vurduğu balaca güzgüyə baxa-
baxa saçını daradı. Özündən xoşu gəldi. Gülümsədi: “Heyif,
qız uzaqdadı...”

Pul almağa bir xeyli növbə var. Otaq balacadı, bir belə
adama darısqallıq eləyir. Başda kassir oturub, sağda “prof-
soyuz”un üzvlük haqqını yığan, solda komsomol. Səs-

57
   52   53   54   55   56   57   58   59   60   61   62