Page 49 - "Yolüstü söhbət"
P. 49
çevirib divara. Qadın qalıb əli qoynunda. Gecə pəncərəni
qaraldıb, ev elə bil bu saat ayaq tutub qaçacaq, qadın da
tör-töküntünün arasında oturub, bilmir nə eləsin, sözünü
kimə desin...
Nə bilmək olar, bəlkə əri sakit adam olub. Dinməzcə ar-
vadına qulaq asıb: qoy ürəyini bosaltsın. Sonra başlayıb
ürək-dirək verməyə, zarafata salmağa. Deyib, fikir eləmə,
birini də alarıq. Əgər almağa imkanları varsa, qadın da
itirməyi özünə dərd eləməyib. Ancaq imkanları yoxdursa,
ərinin sözü qadını lap kövrəldib, ağlayıb, sızıldayıb, özünə
acığı tutub, özünü yamanlayıb. Kişi kiritdikcə, qadın
sakitləşməyib. İtirmək, axı doğrudan da pis şeydi, durduğun
yerdə gəl itir. Qoy lap dəyərsiz şey olsun, yenə birinə
versən, bağışlasan – yer eləməz. Bağışlamısan, demək, bir
yaxşılıqdı eləmisən, kimisə sevindirmisən. Ancaq itirmək
axmaq şeydi. Tapan sevinir, di gəl fikirləşmir ki, kimsə ona
yaxşılıq eləyib. Bunu fikirləşmədiyinə görə də tapdığının
qədrini bilməyəcək. Bax, adamı budu yandıran.
Qadının sakitləşmədiyini görəndə daha kişi də özü ilə
bacarmayıb, soyuqqanlılığını saxlaya bilməyib, nə iləsə:
sözləmi, təbəssümləmi, sırğanın itdiyinə heyifsləndiyini
büruzə verib. Qadın onun kədərləndiyini hiss edən kimi
özünü ələ alıb, bütün günü, hara getdiyini, hardan gəldiyini,
kimlərlə görüşdüyünü təzədən xatırlayıb. Tapılacaq, deyib,
baxarsan, tapılacaq. Özünü inandırmaq üçün yox, ərini
kədərləndirməmək üçün deyib, axı adamlar yaxşıdırlar,
vallah, yaxşıdırlar. Tapan qaytaracaq, mütləq qaytaracaq.
Hətta elan vermək də pis olmaz. Qoy tapan çətinlik çəkməsin,
bilsin kimindi, bilsin kimə qaytaracaq. Sonra sevincək
qaçıb, elan yapışdırıblar. Bir-birlərinə ürək-dirək veriblər.
Hər ikisi də bununla o birisini saktləşdirdiyinə inanıb.
49