Page 44 - "Yolüstü söhbət"
P. 44
Özü də bir vaxt bu institutda oxumuşdu. Amma qiyabi
oxuduğundan bəzən institut qurtardığına şübhə eləyirdi.
Xatırladıqıarının bir ucu gedib işə çıxırdı. Guya heç orta
məktəbdə oxumamışdı, heç subay da olmamışdı. Elə gözünü
açıb işə getmişdi, işdən gəlib arvadını görmüşdü. Bu iki
sonluğun arasındasa yollar dururdu. Öyrəşdiyi, tanıdığı
yollarda tanımadığı adamlar, xatırlayammadığı keçmişi
kimi həmişə onu özünə çəkirdi.

Bayaqdan siqaret üçün əlini 2-3 dəfə cibinə salmışdı.
Amma hava o qədər təmiz idi ki, onu siqaret çəkməyə də
qoymurdu. Həm də indi kitab dükanına girməli idi. Buna
öyrəşmişdi, heç olmasa, iki gündən bir gəlib baş çəkirdi,
heç vaxt da heç nə almırdı, almayacağını da yaxşı bilirdi.
Çünki almaq istədiyi kitablar abonomentlə satılırdı, ona
kənardanca baxmaq qalırdı. Bəzən özünü saxlayammırdı,
yaxınlaşıb köhnə tanışı kimi satıcı ilə salamlaşırdı, sonra
yavaşca soruşurdu: o kitabı satırsınızmı? Axırıncı sözü lap
yavaşca deyirdi, yəni xəcalətindən çıxacam. Sonra xahiş
elədiyi anı təzədən xatırlayanda özünə yazığı gəlirdi, satıcı
qızın yerinə olsaydı, belə yazıq adama kitabı lap peşkəş
eləyərdi. Amma, görünür, satıcı hər cür adama rast gəlmişdi,
hər cür təbəssümə də öyrəşmişdi. Dinməzcə yumru ya-
naqlarını titrədib başını yırğalayırdı.

Qızın laqeydliyi həmişə onu heyrətləndirirdi: əgər kiməsə
satırsa, qoy ona da satsın, nə qədərdi gəlib-gedir, üzdənsə
tanıyır: yox, satmırsa, qoy, heç olmasa, görməzə-bilməzə
belə şey təklif elədiyinə görə ağzını büzsün, hirslənsin,
nəynənsə narazılığını bildirsin, daha at kimi başını yırğa-
lamasın. Yaxşı ki, onun yenə şükür eləməyə bəhanəsi var
idi, yaxşı ki, hirslənməməyi cəhənnəm, ağzını açıb bir söz
demirdi də. Nədənsə, inanırdı qız ağzını açıb bir söz desə,

44
   39   40   41   42   43   44   45   46   47   48   49