Page 41 - "Yolüstü söhbət"
P. 41
uncu dəfə gördüyü bu mürgülü, qayğılı, qırışlı sifətlərin
özündə nələr gizlətdiyini fikirləşib yozmaq onu əyləndirirdi.
Amma həm də yaxşı bilirdi ki (bunu bilmək ona ləzzət
eləyirdi), ətrafına baxmaqdan bezsə, qoltuğundakı kitabı
açmaqla əziyyətdən qurtaracaq. Elə bil otağın gizli qapısından
sakitcə sivişib çıxırsan.

“Gizli qapı” ona işdə lazım olurdu. Altı il işlədiyi şöbədə
hamı onu tanıdığı qədər, o da hamını tanıyırdı: nə az, nə
çox. Bir addım atıb dayanmışdılar. Adlarını bilirdilər, salam
verib, salam alırdılar, bir-birlərinin üzünə gülümsəyirdilər.
Belə yaxınlıq, görünür, hamını razı salırdı. İş də altı il qa-
baqkı iş idi, bircə fərqi vardı ki, institut qurtardığına görə
axır bir ili usta maaşına qol çəkirdi, əl-ayağı da təmiz qalır-
dı. Bəlkə iki ildən, beş ildən sonra onu müdir müavini, ya
müdir vəzifəsinə keçirəcəkdilər, nə bilmək olardı. Əgər
adicə nəzarətçilikdən ustalığa keçmək belə asandısa (nədi,
nədi, diplomu var), demək, nə desən gözləmək olardı.
Ancaq bu yerdəyişmə, bir pillə qabağa sürüşmək onu ma-
raqlandırmırdı. Ona görə yox ki, vəzifə, on manat artıq
almaq, iyirmi-iyirmi beş adama əmr eləmək ürəyinə yatmırdı.
Sadəcə, fikirləşirdi ki, axı nəyə görə kiməsə əmr eləməlidi?
Nə səbəbə? Bu sualın cavabını axtarmaq belə ona gülünc
gəlirdi. Yəqin vəzifə üçün doğulurlar, kimi bir az aşağı
vəzifə üçün, kimi bir az yuxarı, kimi lap dövlət başında
durmaq üçün. Özünü biləndən vəzifəyə can atan adamları
çox görmüşdü, həmişə də onlara bir az şübhə ilə baxırdı və
nədəns, onlara yazığı gəlirdi.

Ustalığa keçəndən bir şeyə şükür eləyirdi ki, nə yaxşı
ona ayrıca stol ayırıblar. Yoxsa bekarçılıqdan lap bezərdi:
bir yandan başını qatmağa düzəməlli işin olmaya, bir
yandan da oturmağa yerin. İndi ancaq bilirdi gələndə harda

41
   36   37   38   39   40   41   42   43   44   45   46