Page 38 - "Yolüstü söhbət"
P. 38
Bir dəfəsə ilk gün kafedə gördüyü xurmayı saçlı qızla
rastlaşdı. Hava günəşli və soyuqdu. Qızın əynində açıq
rəngli palto var idi, xurmayı saçları saçı rəngində xəz ya-
xalığının üstünə dağılmışdı. O, qızı kafedə görən anda
keçirdiyi hisslərin yenə dalğa-dalğa qayıtdığını hiss eləyirdi.
Qıza yaxınlaşmaq, nəsə demək heç ağlına da gəlmirdi, heç
inanmırdı da ki, qız ona qulaq asar, kəlmə kəsər. Sonra
qıza cavan bir oğlan yanaşdı, bir az danışıb küçəaşağı
getdilər. O da arxalarınca getdi, onsuz da heç hara tələsmirdi,
o vaxta qədər getdi ki, qızla oğlan bir evə girib gözdən
itdilər. Küçə daldaydı, adamsızdı, belə küçələrdə gəzmək
həmişə ona xoş gəlirdi. İndi də lap yerinə düşmüşdü, ba-
yaq keçirdiyi hisslərin, gözəllik önündə duyduğu sevincin
ömrünü uzatmaq üçün burdan yaxşı yer tapmaq olmazdı.
Hava da günəşli, təmiz, ürəkdə rahatlıq. Bir xeyli gəzəndən
sonra yenə qızla rastlaşdığı yerə gəldi. Qız elə həminki
yerində durmuşdu, elə bil heç ordan tərpənməmişdi və elə
bil yenə kimisə gözləyirdi. Qıza baxa-baxa birdəncə qorxdu
ki, bayaqkı səhnə bir də təkrar olunar, ya bu oğlan, ya bu
tösmərək kişi, küçədən keçənlərin hansısa onu bircə anda
həyatın adiliyinə inandırar. Özü də hiss etmədən bir də
gördü ki, qızın qarşısında durub, qız da gülümsəyə-gü-
lümsəyə ona baxır. Bir vaxt dünyaya uşaq heyrəti ilə baxan
gözlər indi ondan nəsə istəyirdi, nəsə gözləyirdi. O, daha
hər şeyi başa düşmüşdü, inanmaq istəmədiyinə inanmışdı,
hətta qıza nəsə demişdi də, ancaq qızın yanına düşüb hara
getdiyini, nə üçün getdiyini, qızdan nə istədiyini bilmirdi.
Yenə həmin dalda, adamsız küçə idi, bax, bu da həmin ev.
İçərini o görməmişdi, bayaqkı oğlan görmüşdü. O da gördü:
bir otağıydı, bir divan, pəncərənin yaşıl pərdəsi çəkili. Qız
qapını bağlayıb ondan pul istədi. Qulaqları guyuldadığından

38
   33   34   35   36   37   38   39   40   41   42   43