Page 33 - "Yolüstü söhbət"
P. 33
iyib itəcəyinə qorxurdu. Gecə on iki olmamış artıq yerinin
içindəydi və körpə uşaq kimi şirin yuxuya getmişdi.

Həmin gündən sonra hər səhər yuxudan duranda ürə-
yində gizli bir sevinc hiss eləyirdi. Bu titrəyişin nə olduğunu
yaxşı bilirdi, amma özünü o yerə qoymurdu, guya böyrünü
dürtmələyən, dartışdıran, nəyə sevindiyini ona bu saat
deməsə, ürəyi partlayacaq “körpədən” xəbəri yoxdu. İşini-
gücünü görürdü, bir də guya gözünü açırdı ki, kafenin
qapısı ağzında dayanıb. Bu yerdə daha bayaqdan küsdür-
düyü “körpəni” görməzliyə vura bilmirdi.

İlk dəfə olduğu kimi, onu astanada yenə musiqi qarşı-
layırdı, sonra xidmətçi ağır-arxayın yerişilə yaxınlaşıb nə
sifariş edəcəyini soruşurdu. Ondan sonra daha heç kimin
onunla işi yoxdu. Musiqi idi, o idi, bir də musiqinin
bakirəliyində yad görünməyən adamlar.

Ancaq qəribə orası idi ki, elə ikinci səfər gələndə ilk dəfə
gördüyü adamların heç birini kafedə tapmadı. Bu, səhərisi
də təkrar olundu. Beləcə, kafedə rastlaşdığı adamları birinci
və axırıncı dəfə görürdü. Amma hər təzə gələn adam elə bil
haçansa burda olmuşdu. Üz-gözündən, xidmətçi ilə sa-
lamlaşmağından, hardan gəldiyi duyulmayan musiqi kimi
sükutu qorumağa çalışmağından bu məhrəmlik hiss olunurdu.

Bir də qəribə o idi ki, kafeyə gələn adamlar onun şəhərdə
gördüyü adamlara oxşamırdı. Bu fərqin nədə olduğunu
başa düşəmmirdi, ancaq fərqi görməyə də bilmirdi. Hətta
istəyirdi axır vaxtlar qarşılaşdığı adamların cizgiləri ilə
kafeyə gələn adamların cizgiləri arasında nəsə bir oxşarlıq
tapsın. Bundan bir şey çıxmayanda, heç olmasa, kafedəki
adamların biri ilə rastlaşmağı arzulayırdı ki, onunla tanış
olsun, oturub söhbət eləsin, evinə aparsın. İnanırdı ki, bu

33
   28   29   30   31   32   33   34   35   36   37   38