Page 29 - "Yolüstü söhbət"
P. 29
idilmirdi. Elə bil hamı, onun indiyə qədər hardan gəldiyini
anşıra bilmədiyi musiqi kimi, sükuta xələl gətirmək istəmirdi.
Hətta sükutu qorumaq istəyi necə yaxınlaşdığını hiss
etmədiyi xidmətçinin gülümsər çöhrəsindən də oxunurdu.
Otuz-otuz beş yaşlı, dolubədənli bu kişi salam verib, nə
sifariş edəcəyini ondan pıçıltı ilə soruşdu. O da pıçıltı ilə
cavab verdi. Və kişinin təbəssümündən başa düşdü ki, pı-
çıltıynan danışmağı onun xoşuna gəlib.

Kafedə işıq yanmırdı. İşıq otağa iki kiçik pəncərədən
düşürdü. Evlərin daş soyuqluğu hopmuş işıq titrəyə-titrəyə
otağın alaqaranlığında musiqi ilə qovuşurdu, elə qovuşurdu
ki, onları nə gözlə, nə duyumla bir-birindən ayırmaq olmur-
du. İşıqla musiqinin bakirəliyində içəridəki adamlar kobud,
yad, özgə görünmürdülər. Hər titrəyişin kölgəsi bu adamların
çöhrəsindən, əsəbi dodaqlarından, heyrətlə, sevinclə açılmış
gözlərindən keçirdi.

Hisslərin rəqsi yadına gecə gördüyü yuxunu saldı.
Tanımadığı bir qızı tabuta qoyurdular. Bapbalaca, qapqara
tabut çəkisizlikdən asılmışdı. Qız da çəkisizlikdə uzanmışdı,
ağappaq gecə köynəyinin ətəyi yüngülcə qabarmışdı, yum-
şaq, tabut rəngində saçı boşluğa dağılmışdı. Onu tabuta
qoyduqca kiçilirdi, kiçilirdi, axır kiçilib körpəcə uşaq boyda
oldu, amma saçı əvvəlki kimi uzun idi, saçı tabuta sığışmırdı,
tabutdan axıb tökülürdü. Kimsə istəyirdi saçını kəssin. Qız
körpə kimi qığıldayırdı, nəsə deyirdi, ağlayırdı, ancaq heç
kim onu eşitmirdi.

O, qıza kömək eləmək istəyirdi, gücsüzlüyündən hön-
kür-hönkür ağlayırdı: “Yazıqdı, Allah, rəhm elə, – deyirdi,
– yazıqdı, yazıqdı, yazıqdı...”

Başqa söz yadında qalmamışdı, yuxudan ayılandan son-
ra da hələ bir neçə dəfə bu sözü təkrar eləmişdi. Söz hər

29
   24   25   26   27   28   29   30   31   32   33   34