Page 26 - "Yolüstü söhbət"
P. 26
Guya mən bunların evinə narahatçılıq gətirmişəm.
Bilirsən, heç kim pis adam olmaq istəmir. Nə olsun, anadı,
qardaşdı, ya o birisidi, niyə başlarını cəncələ salsınlar? Ha-
çan özü bilər –bilər, bilməz – canı cəhənnəm. Qoy belə də
yaşasın.

Kiminsə dalınca danışanda, barmaqla göstərəndə,
fikirləşirsən belə vəziyyətə bu adamın özü necə dözür.
Demə, məsələ başqa cürüymüş. Hamı elə arxada danışırmış,
o yazığın özünə həqiqəti gedib deyən yox imiş. Bu işi mən
başlamasaydım, başqasından eşitsəydim, bəlkə özgə bir
şey fikirləşərdim. Ancaq daha geriyə yol yoxdu. Oğlanın
özünü tutdum. Dedi, mənim işimə qarışma.

Soruşmur, öyrənmir düzdü, səhvdi. “Mənim işimə
qarışma”. Dedim, bu, təkcə sənin işin deyil, mənim də
qızım bu evdə qalır. Qoymaram, sabah mənim də qızımın
adına söz çıxa. Başqa yerdə yaşasaydınız, doğrudan da öz
işinizdi. Məcbur oturtdum maşına, apardım arvadının iş
yerinin qabağına. Çıxdı, mindi bir zoğalı “Jiquli”yə. Dedim,
istəyirsən, sürüm arxalarınca. Başını yırğaladı ki, yox. Özü
də kağız kimi ağarıb. Dedim, axşam soruşarsan haradaymış.
Yəqin yenə rəfiqələrigildəymiş. Dinib danışmadı.

Yolun ortasında maşını saxladı ki, düşürəm. Nə qədər
elədim, dedim, hara lazımdı aparım, razı olmadı. Qapını
çırpıb düşdü. Sonra nə eləsə yaxşıdı? Özünü asdı. Ağlın nə
kəsir beləsindən?! Axmaqlıqdı. Özünü öldürdüsə, belə şeyə
getdisə, demək, arvadının xəyanətinə inandı. İnandınsa,
bəs özünü niyə öldürürsən? Guya acıq çıxırdı. Guya qızı
peşman eləmək istəyirdi. Nə xeyri. İndi sümüyü çürüyüb.
Bəlkə heç üstünə gedən də yoxdu. Allah eləməsin, onu

26
   21   22   23   24   25   26   27   28   29   30   31