Page 28 - "Yolüstü söhbət"
P. 28
QIRXINCI OTAQ
Qoca ona qırx açar verib dedi: “Burada hər nə
istəsən var, qalarsan, kef edərsən. Bu otaqlar da
hamısı sənin. Ancaq nəbadə, nəbadə, qırxıncı otağı
açasan”.
“Ax-vax” nağılından
İ şıqdan gəldiyinə görə əvvəl heç nə seçəmmədi.
Gözü qaranlığa öyrəşənə qədər qapının ağzında
dayandı. Çəkinə-çəkinə qapının ağzında dayandığı həmin
bir-iki dəqiqədə onu ilk dəfə ayaq basdığı bu yerə doğma-
laşdıran həzin musiqi oldu. Musiqi tanış ev sahibi kimi as-
tanada qabağına çıxmışdı, duyulmadan kafeni işıqlandırırdı;
masanın, kətillərin, orda-burda oturmuş adamların cizgiləri
get-gedə qaranlıqdan seçilirdi.
Kafedə o qədər sakitlik idi ki, bu sakitlikdə heç kimin
onun gəlişinə fikir verməməsi, gözucu belə baxmaması
onu təəccübləndirdi. Amma az sonra təəccübü arxayınlığa,
rahatlığa çevrildi. Yerini rahatlayıb sakitcə ətrafına baxdı.
İçəridə adam az idi, bir masanın arxasında uzağı iki nə-
fər oturmuşdu. Pıçıltı ilə danışdıqlarından heç kimin səsi
28