Page 27 - "Yolüstü söhbət"
P. 27
ində mən olsam, basıb gözünü çıxarardım. Uzağı
boşayardım. Daha özümü niyə öldürürəm. Yasda arvadı
gözünün yaşını sel eləmişdi. İşin içindən xəbəri olmayan
deyərdi ərini nə çox istəyirmiş. Mən də mənəm. Qırxı
çıxdı. Ara bir az soyudu. Təklikdə yaxalayıb hər şeyi
danışdım. Nə təhər olub, necə ərini aparıb göstərmişəm,
sifəti nə hala düşüb – hamısını danışdım. Ağladı, ağzına
gələni dedi mənə. Guya təqsir məndədi. Beləsinə nə deyəsən.
Sonra şələ-şüləsini də yığışdırıb evinə getdi. Daha bilmirəm
haradadı, nə işlə məşğuldu. Nəyimə də lazım? İntəhası,
heç keçiləsi şey deyildi. Nədi, düşürsən? Çatdıq ki? İstədiyin
yerə apara bilərəm, mənə görə narahat olma. Di özün
bilərsən. Ancaq, deyəsən, tələsdin.

27
   22   23   24   25   26   27   28   29   30   31   32