Page 22 - "Yolüstü söhbət"
P. 22
YOLÜSTÜ SÖHBƏT
E və gedirsən, aparım? Nə zəhmət, yolum onsuz da
siz tərəfdəndi. “Nərimanov” metrosunun yanında
qalmırsan? Deyirəm də. Di otur. Baxma, hamımız iş yolda-
şıyıq, günün çoxunu bir yerdə oluruq, ancaq adamın hamıya
qanı qaynamır. Bir il olar da bizdə işlədiyin? Az vaxt deyil.
İntəhası, adam tanımağın vaxta dəxli yoxdu. Uzun müddət
lap bir damın altında yaşadığın adamı, olar ki, tanımayasan.
Şəraitdən çox şey asılıdı. Görürsən, vəziyyət elə hərlənib
gətirir, yaxın saydığın adamın birdən başqa sifəti çıxır üzə.
Neyləyəsən, həyatdı. Yaşaya-yaşaya bilirsən nə nədi. On
ilə yaxındı burada işləyirəm, ancaq tək-tük adam var ki,
evimə, ailəmə aparmış olam. Demirəm, hamıdan qaç, heç
kimə qaynayıb-qarışma. Yox, çalış münasibət saxla. Ancaq
hamını ürəyinə yaxın buraxma. Ürəyini açırsan, sözünü
deyirsən, bir də görürsən, həmin ağrıyan yerindən vurdular.
Dünyanın işləri belədi. Zəif oldun, batdın. Oğlum yerindəsən,
bütün həyatın hələ qabaqdadı. Görə-görə özün hər şeyin
kökünə gedib çıxacaqsan.
Evli olduğunu bilirəm, uşaqdan-zaddan nəyin var?
Oğlandı? Allah saxlasın. Görürəm, buradakı qızlarla hərdən
22