Page 19 - "Yolüstü söhbət"
P. 19
ndəsi çıxmışdı, qoymamışdı onsuz da ağrılı, əzablı dünya-
da heç nədən bir zülüm də olsun.
Dünyada hamı istəyirdi dərdi özündən uzaqlaşdırsın,
necəsə, nəyləsə təsəlli tapsın. Yaşamaq doğrudan da ağır iş
idi. Nələr fikirləşib tapmamışdılar, nələr quraşdırmamışdılar;
məktəbi də vardı, zavodu da, əsgərliyi də, dustaqxanası
da, kommunisti də, kapitalisti də, üstəlik, dəst-dəst qayda-
qanunu, fərmanı, qadağası da. Hamısı da guya onun xatirinə
ki, insan deyilən varlığın bir qarın yeməyi olsun, yağışdan
daldalanmağa damı olsun, balasının altına atmağa palazı
olsun. Hələ möhürlə təsdiqlənənlər bir yana, yazılmamış
qaydalara nə deyirsən: bunu eləmə, ona baxma, nəfsini
boğ, ata-ananı sev, namus, vicdan, qeyrət – gəl indi bütün
bunların içində baş çıxar, büdrəmə, yıxılma, alçalma.
Anası son zamanlar bir falçını tez-tez xatırlayırdı.
Xatırlayib heyrətlənirdi, Allaha şəkk gətirənə söyürdü. Bu
əhvalat çoxdan olmuşdu, onda hələ dünyada yoxuymuş.
Ancaq falçı deyib ki, bir oğlun da olacaq. Atasının tutulmağı,
“uzaq səfərdən” sonra başqası ilə evlənməyi, anasının be-
lindəki ağrılar, bu ağrının ondan ölənə kimi əl çəkməyəcəyi
– hamısı düz çıxmışdı. Falçı böyük oğlunun xoşbəxt taleyini
də əvvəlcədən görmüşdü, özü də bunu iki-üç dəfə təkrar
eləmişdi. O, alın yazısına inanırdı. Ancaq içi tüklü məst
kimi səssiz-səmirsiz dolaşan, yanında gözükölgəliymiş təki
arvadından çəkinən, yemək yedikləri yerdə mətbəxə keçib,
gizlincə yüz qram vurub qayıdan qardaşına onun xoşbəxt
deməyə dili gəlmirdi. Bəlkə Allah üçün xoşbəxtlik o idi ki,
adam varlı-hallı olsun, dişi tökülməsin, mədəsi ağrımasın,
övlad görsün və uzun bir ömür yaşasın, Xeyri qarı kimi,
elə uzun ömür ki, olub-keçəni, keçmişini, hətta əzablarını
da unutsun – keçmişini unudan adamın nə əzabı – və
19