Page 16 - "Yolüstü söhbət"
P. 16
əliyini bilsin, qısqansın, onu qısqansınlar, tez, tez, tez…
Görə-görə gəlmişdi və birdən məlum olmuşdu ki, daha
tələsməsə də olar, daha keçirdiyi hisslər üst-üstə düşür,
bir-birini təkrarlayır, daha çox-çox şeyləri rahatca yerinin
içində uzanıb təsəvvür də eləyə bilər.
Bəlkə təsəvvür eləyə bildiyinə görə də Səlvi ilə görüşə
indi o qədər də can atmırdı. Araya bir iş düşəndə, bəhanə
tapılanda sevinirdi. Ancaq sonra özünü söyə-söyə, kiminsə
üzünün suyunu tökə-tökə açarını aldığı otaqda keçirdiyi
iki-üç saata da sevinirdi, Səlvini ona yetirdiyi üçün Yaradana
dua eləyirdi.
Səlvi ilə tanışlığı avtobusdan başlamışdı. Səhər-səhər
uşağı bağçaya aparanda həmişə basırığa düşürdü. Və gün-
lərin bir günü qarayanız, suyuşirn bir qız ondan uşağı alıb
qucağında oturtdu. Bir dəfə belə, iki dəfə belə, üç dəfə be-
lə, sonra bu təsadüfi görüşlərə öyrəşdilər. Uşağın ona get-
məyindən, kirimişcə qucağında oturmağından qızın xoşu
gəlirdi; uşağı danışdırırdı, saçını sığallayırdı, oxşayırdı,
hətta artıq uşaq üçün əl çantasında konfetdən, peçenyedən
nəsə gəzdirirdi. Onlar ilk dəfə rastlaşanda qış idi; palto,
papaq, qırmızı şərf. Qış çıxdı, yaz girdi, Səlvinin ipək saç-
larının yumşaqlığı, dərisinin hamarlığı, boynunun zərifliyi
hiss olundu. Səlvi özünə, bəzək-düzəyinə fikir verirdi, elə
bil onunla görüşə gəlirdi, elə bil bəzək-düzəkli otaqda gözə
xoş görünsün, nəzəri çəksin deyə, hər gün nəyinsə yerini
dəyişirdi. Bəzən rastlaşmırdılar – Səlvinin gözləri umu-
küsü eləyirdi; bəzən tək olurdu – Səlvi nigaran qalırdı.
Hərdən də uşaqla əyləndiyi yerdə birdən-birə duruxurdu,
sifəti kölgələnirdi, gözləri yol çəkirdi. O bu qüssənin
səbəbini başa düşürdü, bilirdi Səlvinin ürəyindən keçənləri
16