Page 13 - "Yolüstü söhbət"
P. 13
YAĞMURSUZ HAVALAR

D ünən tualetdən çıxıb kəmərini bağlaya-bağlaya
fikirləşdi, bəlkə özünü öldürsün. Havalar birdən-
birə sərinləmişdi. Yatıb durmuşdular ki, axşamkı bürküdən
əsər-əlamət yoxdu, yağış yağır, soyuq külək əsir, camaat
əyin-başını qalınlaşdırıb. Arvadı qab-qacaq cingiltisi ara-
sından yadına salmışdı ki, bu gün sentyabrın iyirmi ikisidi,
yəni bu gün payız girib, o da bircə gündə cildini dəyişən
adamlara, şəhərə baxa-baxa təbiətin işinə əməllicə heyrət-
lənmişdi. Ancaq heyrəti tez keçmişdi, xırda-xuruş qayğılar
onu üstələmişdi, qanını bir balaca qaraltmışdı; gərək təzə
ayaqqabı alaydı, plaşı təmizlənməyə verəydi, hələ arvad-
uşağa da nələrsə almaq lazım olacaqdı. Bu narahatçılığı da
çox davam gətirməmişdi, illərlə yığdığı təcrübə əhdinə
sadiq çıxmışdı. Doğrudan da, darıxmağa, kefini pozmağa
dəyməzdi, payızı, üstəlik, qışı da birtəhər yola verəcəkdi,
yaz günəşi kürəyini qızdıran kimi də çəkdiyi bütün çətin-
likləri, qanqaraçılığı unudacaqdı, necə ki, şükür Allaha,
unuda-unuda gəlirdi.
Bürkünü, bu il özünü aldada-aldada, günü günə sata-
sata axır ki, getmədiyi çimərlik həvəsini yuyub aparan hə-
min yağışdan sonra istilər birdəfəlik sındı. Yağmursuz,
günəşli günlər idi, şairlərin dediyi əsl qızıl payız idi, havalar
sınmışdı deyə, elə bil təmizlənmişdi də, indi, heç olmasa,

13
   8   9   10   11   12   13   14   15   16   17   18