Page 14 - "Yolüstü söhbət"
P. 14
ədolusu nəfəs ala bilirdi. Nədənsə payızın belə günəşli
günləri həmişə onun yadına baharı salırdı, özü də bir ilin,
beş ilin baharını yox. Durduğu yerdə haradansa burnuna
tüstü qoxusu dəyirdi, adını bilmədiyi bir hiss də bu tüstü
qoxusuna qarışıb ona Novruz bayramını, uşaqlığını xatır-
ladırdı. “Xatırlamaq” bəlkə də yalan sözdü, çünki keçmişin
sehrinə bircə an düşürdü, nəyisə xatırlamağa heç macal da
tapmırdı, uşaqlıq illəri, keçirdiyi hisslər, sevinci, ağrı-acısı
sıxılıb-sıxılıb bircə ana sığışırdı. Ona görə həmin bircə anda
baş aça bilmirdi ona nə olub, niyə doluxsunub, ağlamaq
istəyi dərddəndi, yoxsa xoşbəxtlikdən.
Ümumi həyətli, ümumi tualetli, bir-birindən taxta di-
varlarla ayrılmış, üst mərtəbənin bitişik, yeriyəndə dar ar-
tırmaları asma körpülər kimi yırğalanan bu ikimərtəbəli
binadakı evlər quş qəfəslərinə oxşayırdı. Balaca bir hay-
küy hamını diksindirirdi, səslər, sözlər evdən-evə keçirdi,
ağızdan-ağıza düşürdü, çeynənib-çeynənib həyətə çıxırdı,
o qədər dəyişirdi, bəzənirdi, az qala yiyəsi də onu tanımırdı.
Ona görə evdə hamı məcbur idi mehriban dolansın, səsini
qıssın, hirsini-hikkəsini boğsun, kənardan baxanda elə bi-
lərdin bu binada hamı xoşbəxtdi. O, elə də bilirdi, hər hal-
da, bilmək istəyirdi, çünki dərinə gedəndə nəsə tapırdı,
sonra da tapdığından qaça bilmirdi, rahatlığını itirirdi. Di
gəl, Xeyri qarı ona qaçmağa yer qoymamışdı. Xeyri qarı
divarın o üzündə idi, gecəsini-gündüzünü çaş-baş salmışdı,
görürdün, haçan oldu öz-özünə danışır, donquldanır.
Danışmayanda da nəfəsi eşidilirdi, elə bil körük basırdılar,
elə bil kahadan külək üfürürdü. Bir torba ət-sümükdü,
yaşını, indisini, keçmişini, ölüb-qalan uşaqlarının adını,
adamların yaxşılığını, pisliyini unutmuşdu. Yeməyi
14