Page 18 - "Yolüstü söhbət"
P. 18
sə, qadın ondan inciyər, onun haqqında pis düşünər.
Amma heç bir qadın sevildiyini hiss eləsə, inciməz, özünü
incimiş göstərsə də, inciməz. Bu da çox vaxt unutduğu
həqiqətlərdəndi.

Səlvi ata-anasının tək uşağı idi. Ondan böyük bacısı üç
yaşında ölmüşdü. Qohum-qardaş yaylağa yeyib-içməyə
gediblərmiş, başları qarışır, bir də görürlər uşaq yoxdu.
Axtarmadıqları, gəzmədikləri yer qoymurlar, meşəni
ayaqdan salırlar, uşaq tapılmır ki, tapılmır. Anası başına-
gözünə döyürmüş, deyirmiş yuxusunu görmüşdüm:
görmüşdüm köç gedirik, arabadan bir quzu düşür, qışqırıram
ki, a gözünüz tökülsün, görmürsünüz quzu düşdü, götür-
səniz… Uşağı səhər qayıdıb süfrə açdıqları yerdən bir azca
aralıda tapıblar. Demə, onların başı qarışanda, uşaq gedib
kolun dibində yatıbmış. Ona görə də gəzənlərin səsini,
harayını eşitməyib. Deyir, uşaq yan-yörəsini qazıq-qazıq
eləyibmiş… Əhvalatı eşidəndən o qız yadından çıxmırdı,
gözünün qabağından getmirdi. Necə olub tapmayıblar?
Ağılları kəsməyibmi ki, üç yaşlı uşaq uzağa gedə bilməz?
Bəs ürəkləri necə gəlib ki, evə qayıda biliblər? Axır dözmədi,
həmin ilə, həmin günə qayıtdı, gecənin bir aləmi yolunu o
meşədən saldı, ağlamaqdan səsi kəsilən uşağı tapıb bağrına
basdı, öpə-öpə, əzizləyə-əzizləyə meşədən çıxartdı, aparıb
dərddən üzülmüş ata-anasına qaytardı. Həmin uşaq elə
Səlvi idi, bunu özü bilmirdi, ancaq elə ona görə evlərində
hamı toxtamışdı, ona görə bu əhvalatı belə sakitcə xatırla-
yırdılar. Öz ürəyinə də toxtaqlıq gətirən sonluğu Səlviyə
demədi, çünki dedi-demədi – fərqi yoxdu, o vacibdi ki,
uşaq meşənin zinriyində zülüm-zülüm ağlayıb anasını
çağıranda, torpağı cırmaqlayanda, böyürdən bir Allah

18
   13   14   15   16   17   18   19   20   21   22   23