Page 15 - "Yolüstü söhbət"
P. 15
ağında qoyub qızını söyüb-yamanlayırdı, deyirdi çörək
vermir, baxmır mənə, özünə ölüm diləyirdi, amma çimiz-
dirəndə çırpınırdı, sıtqanırdı, ağlayırdı, elə bilirdi yuyat
yeridi, yuyub kəfənləyəcəklər. Bu qarının ona dəxli yox
idi, bu qarı onun heç kimi idi – bunu çox təkrarlamışdı, in-
təhası, özü ilə bacarmırdı, divarın o üzündəki hənirti ov-
qatını qarışdırırdı, evlərində heç kim olmayanda ərinməyib
səsə çıxırdı, ya arvad-uşaqdan kimisə göndərirdi, lazımdısa,
həkim çağırtdırırdı, dava-dərman tapdırırdı, həyət-bacada
qoluna girirdi, aftafasını doldururdu, uzun-uzadı şikayət-
lərinə səbirlə qulaq asırdı… və bütün bunları fikrində
eləyirdi. Beləcə çoxuna yaxşılıq eləmişdi, dar gündə dadına
çatmışdı. Ona görə də həmin adamlardan yamanlıq, kobud-
luq, soyuqluq görəndə yanıb-yaxılırdı.
Axır vaxtlar yenə tez-tez güzgüyə baxmağa başlamışdı.
Deyəsən, daha ömrü xırıd eləyirdi; saçı seyrəlirdi, ordan-
burdan ağarırdı, üz cizgiləri kobudlaşırdı, dişləri çürüyürdü.
Yəqin, bəzi xəstəliklərdən hələ xəbəri yoxdu, hələ o xəstəliklər
yol gəlirdi, bədəninin harasındasa xımır-xımır öz işini gö-
rürdü, birdən ayılacaqdı ki, hazırdı: yel, şəkər, astma, mio-
kard… Azar o idi ki, dəyişən üz cizgilərini güzgüdə gör-
dükcə hövsələdən çıxırdı və belə şeylərə görə əzab çəkdiyi
üçün xəcalətlənirdi. Ancaq özüylə, hissləriylə bacarsaydı
nə vardı ki. Düzdü, hissləri daha əvvəlki kimi onu yerindən
oynatmırdı, bir az kəsərini itirmişdi, korşalmışdı, bir az da
özü noxtasını çəkirdi, nalını tökməsin deyə, bacardıqca
çarpışmalar, təlatümlər meydanına salmırdı, yorğa yerişlə,
öz tanış cığırlarıyla sürüb gedirdi. Çılğınlıq, səbirsizlik,
yuxusuz gecələr – bu olmuşdu, əvvəllər olmuşdu, özünü
tələsdirirdi, tez, tez, tez böyüsün, sərbəstləşsin, dost qazansın,
qadın tanısın, evlənsin, uşağı olsun, arvada xəyanət eləməyin
15