Page 20 - "Yolüstü söhbət"
P. 20
üm gəlib onu vur-tut bədəninin ağrısından qurtarsın.
Daha sevgidi, yaxşılıqdı, pislikdi, bunları necə başa düşməkdi,
nəyə sevinməkdi – yəqin bunları Allah adamların öz
ümidinə buraxmışdı. Qoy onda biz başqa cür düşünək,
Səlvi xanım, deyək ki, insan dünyaya əzab çəkmək üçün
gəlir. Belə fikirləşək və taleyimizlə barışaq. Kim bilir, bəlkə
taleyimizlə barışanda biz elə xoşbəxt oluruq?!
Amma Səlvi ondan sirr də saxlayırdı – hər halda, özünə
belə gəlirdi, elə bilirdi qara divlərin gecələr o bapbalaca
otaqda ona əziyyət verməyindən xəbəri yoxdu. Divlərin
gözü düşüb Səlviyə, istəyirlər ürəyinə xof salsınlar, şübhələr
içində üzdürsünlər, ondan üzü dönsün. Hələ ki, gücləri
çatmırdı, Səlvinin sevgisi onların əl-ayağını bağlamışdı, bu
sevgi yoxa çıxanda divlər Səlvini ondan alıb yeddi dağın
arxasına aparacaqdılar. Ona görə Səlvidən soyuqluq hiss
eləyəndə tezcə özünü yığışdırırdı, dönüb olurdu həssas,
qılıqcıl, mehriban, məşuqəsi yolunda hər məşəqqətə qatlaşan
igid bir oğlan. Bəlkə də Səlvini itirmək ona elə də yer elə-
məzdi, ancaq uduzmaq pis şeydi, bunun ağrısına, özü də
bu yaşda, dözə bilməyəcəyindən qorxurdu. Həm də istəyirdi
özünü bir sınasın, görsün divlərlə vuruşmağa qüvvəsi
çatırmı, hələ nəyəsə qadirdimi.
Onun ötəri coşğunluğunu ola bilməzdi ki, arvadı hiss
eləməsin, heç olmasa, yataqda hiss eləməmiş olmazdı. Yə-
qin, gümanı başqa şeyə gəlmirdi, bunu həmin günün xoş
havasından, ya bişirdiyi dadlı yeməkdən görürdü.
Kefi pis olanda, həmişə çalışırdı yaxşı geyinsin. Üzünü
qırxırdı, ətirlənirdi, dodaqlarına təbəssüm qondururdu.
Gülümsəməyi gözəl bacarırdı. Bəzən heç danışmırdı da,
elə gülümsəyirdi. Evdə, işdə, yolda. Hamı da ondan razı
20