Page 21 - "Yolüstü söhbət"
P. 21
. Çünki o, hamının zəif yerini bilirdi və çalışırdı oraya
toxunmasın. Bir də bilirdi ki, onu daha çox sevə bilərdilər.
İmkanlı olsaydı, dost-tanış bir yana, evdə arvad-uşaq başına
dolanardı, gələndə ayağa durardılar, ayaqqabılarını çıxa-
rardılar, pencəyini tutardılar, qılığına girərdilər. O, bu sev-
ginin işığını bəzən uşaqlarının üzündə görürdü. Və həmişə
belə olmadığına darılmırdı. Çünki bu, çox təbii idi. Bunları
başa düşüb darılmadığı üçün hətta gizlicə özünə hörmət
eləyirdi.

Arvadı pişikləri xoşlayırdı, ona görə o, hərdən pişik
olurdu.

21
   16   17   18   19   20   21   22   23   24   25   26