Page 23 - "Yolüstü söhbət"
P. 23
unlaşırsan. Yox. Heç nə demirəm. Gəzmək də lazımdı.
Görüşüb lap o yana keçmək də. Kişiyə hərdən sol getmək
olar, ancaq hər şeyin təhəri var. Gərək ilk növbədə ailəndə
səni kişi kimi saysınlar, hörmətini saxlasınlar. Yoxsa mən
kişiyəm deyib, bu gün burada, sabah orada, bilməyəsən
evdəkilərin dərdi-səri nədi, haradan gəlib, hara getdilər,
nə yedilər, nə içdilər. Əvvəl evin içi, sonra çölü. Ailəni kişi
kimi saxlaya bilirsənsə, arada bir böyür-başa boylanmaq
olar. Bunları sözgəlişi deyirəm, özün, şükür Allaha, ağıllı
oğlansan. Mənim də əlimdən gəlib keçənlər olub. Özümə
korluq verməmişəm. Hamımız Allah bəndəsiyik, ancaq
belə şeyləri hisslə görməmişəm. Ağıllı, ölçülü-biçili hərəkət
eləmişəm. Olub – qurtarıb. Onunku onda, mənimki məndə.
Hisslə yanaşdınsa, sapı çıxdı. Başlayacaqsan əzab çəkməyə.
Onun həyatı olacaq sənin həyatın. Gülüşü, duruşu, baxışı
– hamısı dil deyib danışacaq. Hamısına məna verəcəksən,
hamısını yozacaqsan. Bu gün niyə belə baxdı, sabah niyə
belə gülümsədi. Narahatçılıqdan da qəliz şey yoxdu. Hələ
ürəyinin necə parçalandığını, bölünməyini demirəm. İstər-
istəməz evdə başqa cür olmalısan, çöldə bir başqa cür.
Qadın da elə məxluqdu, səndəki hər dəyişikliyi o saat
tutur. Bir şey duydusa, hiss elədisə, dinc dayanmaz. Necəsə,
cavabını verəcək, əvəzini çıxacaq. “Min bir gecə”ni oxuyubsan
da?! Onu qaçıran divdən səhranın ortasında da qız fürsət
tapıb acığını çıxır. Özü də divin böyründə. Yuxudan
oyanmasın deyə, divin başını ehmalca dizinin üstündən
götürüb qoyur yerə, səhraya düşmüş tək bir kişini məcbur
eləyir onunla olsun. Qadın belə məxluqdu. İstədiyini iki
daşın arasında da eləyəsidir. Gərək ona bəhanə verməyəsən.
Ona görə belə işləri hisslə yox, ağılla görmək lazımdı. Həm

23
   18   19   20   21   22   23   24   25   26   27   28