Page 25 - "Yolüstü söhbət"
P. 25
nı arvadı da gözəldi. Çox gözəldi. Gözəllik də cürbəcür
olur. Bunun gözəlliyi adamı çağırırdı. Elə bil çiçək açmış
ağacdı, durub qarşında. Deyir, bax mənə, gör nə gözələm,
nə qəşəngəm. Mən mənliyimnən gözümü ondan çəkmirdim.
Hamı xatirini istəyirdi. Deyən, gülən, mehriban, qılıqcıl.
Ancaq çox sərbəstdi. Evə olduqca gec gəlirdi, elə olurdu
heç gəlmirdi. Guya ezamiyyətə gedib, nə bilim, rəfiqələrigildə
qalıb. Fikirləş də, ər evdə oturub, arvad hələ işdən qayıtmayıb.
Gecə peyda olur, rəfiqəmgildəyəm. Ağlın nə kəsir? Ər heç
nə demir, qayınana dillənmir. Onların əvəzinə mən ha
danışası deyiləm. Demirəm, işdən gecə gəldisə, mütləq
nəsə eləyib. Axı hər şeyin bir qaydası var. Mən də görəndə
ki, filan hərəkətimə dillənən yoxdu, əvvəl bir az çəkinirdimsə,
sabah heç çəkinmirəm. Hamımız beləyik. Gərək vaxtında
qolundan tutub saxlayasan, deyəsən, elə deyil, belədi, bu
yolla getməlisən. Nəsə, axır dözmədim. İşin sonuna yaxın
getdim idarələrinin qabağına, bir dəfə, iki dəfə, üç dəfə,
hər şey məlum oldu. Ürəyimə daman düz çıxdı. Bir xeyli
düşündüm, daşındım. Necə eləyim, nə təhər eləyim. Qızım
da bu evdə. Gəlinlə ora gedirlər, bura gedirlər. Beşi ağlına
gətirməsə də, biri fikirləşməzmi, qızım da elə onun tayıdı,
o yolun yolçusudu. Kimi inandırasan?! Əvvəl qızıma dedim
ki, ya siz qalmalısız bu evdə, ya da qaynıngil. Məcbur elə-
məyin biabırçılıq açım, götürüb səni aparım evə. Qız qalıb
duruxa-duruxa. İnana bilmir. Həm də asan iş deyil axı,
özüm başa düşürəm. Gördüm bundan bir şey çıxmayacaq,
qayınanasına dedim. O da mızıldadı, sızıldadı, nə başını
ağrıdım, bir ay beləcə keçdi. Hər şey yenə əvvəlki
qaydasındaca gedir. Bircə mənə münasibət dəyişib. Məni
görəndə qızımın da, qayınanasının da ağzı əyilir.
25