Page 24 - "Yolüstü söhbət"
P. 24
özün üçün belə yaxşıdı. Axı hamımızın ömür boyu
çalışdığı nədi? İstəyirik bir daxmamız olsun, ailəmiz olsun,
işimiz olsun. Sabahımızdan da narahat olmayaq. Həmişə
buna çalışmışıq. Birdən də durub könül dilxoşluğuna, ay
guya kimisə sevdim deyə, hər şeyi alt-üst eləyəsən, öz
yuvana su çiləyəsən. Dəyərmi? Məni dəli eləyib çöllərə
salacaqsa, ailədə, işdə hörmətsiz eləyəcəksə, nəyimə lazımdı
o sevgi. Hamı Məcnun, Məcnun deyir, soruş ancaq görüm,
Məcnun olmaq istəyən varmı? Mən evdə çox ciddiyəm.
Kimin ağzı nədi bir sözümü iki eləyə. Ona görə yox ki, hər
işi düz tuturam. Gərək sənə inanalar, əsas budu. Səhvini
də düz bilələr. Bir dəfə boynuna alıb desən ki, filan işi səhv
elədim, sabah düz işinə də müçük qoyacaqlar. Bir oğlum
var. Bir qızım. Onlarla da, lazım gələndə açıq söhbətlərim
olur. Oğlumla elə olub lap sənnən danışdığım kimi
danışmışam.
Ayıbdı, filandı, aradan pərdəni götürmə – belə şeylər
başıma batmaz. Başqası onların yaxşılığını məndən çox
istəyəsi ha deyil. Daha özümü niyə çəkib qurutmalıyam.
Görəndə ki, düz iş görmür, nədəsə yanılır, ona elə mən yol
göstərməliyəm də. Onun dostu elə mən olmalıyam. Qızımı
ərə vermişəm. Öz istədiyi oğlandı. Bir yerdə oxumuşdular.
Soraqlaşdım, öyrəndim, əslinə-kökünə bələd oldum, sonra
razılığımı verdim. Ailələri kiçikdi. İki qardaşı, bir də anaları.
Pis o idi ki, hamısı bir yerdə qalırdı. Üstəlik, böyük qardaşı
da evliydi. Bilirsən, mən həmişə gözəldən qorxmuşam.
Bacardıqca onlardan qaçmışam. Onlardan uzaq durmuşam.
Bəlkə də vurulmaqdan qorxmuşam. İnanmamışam onlar
da məni sevə, ya görünür, onların vəfasına etibarım olmayıb.
Hə, nədənsə, ömrüm boyu onlardan gen gəzmişəm. Qızımın
24