Page 30 - "Yolüstü söhbət"
P. 30
fə dodağından qopanda indiyə qədər hiss eləmədiyi,
ürəyinin harasındasa yatıb qalmış, illərlə gəzdirdiyi və
gəzdirəcəyi bu hüdudsuz qüssənin xofundan titrəyirdi.

Kiminsə səsi onu fikirdən ayırdı. Arıq, ağbəniz kişiydi,
hamının eşidə biləcəyi bir səslə:

– O gün gülməli bir iş oldu, – dedi və söz ağzından
çıxan kimi qəhqəhə çəkib güldü. Hamı da ona qoşuldu.

Kafenin sakitliyində kiminsə qəfil hündürdən danışması,
nə iş olduğunu bilməyə-bilməyə hamının gülməyi ona
təəccüblü gəldi. Ancaq qəribə idi ki, o da bu adamlara qo-
şulub gülürdü. Özü də boş yerə yox, birdəncə lap çoxdan
klubda gördüyü bir əhvalatı xatırlamışdı. Kinonun başlan-
masına hələ qaldığından adamların darıxdığını görüb, on-
on iki yaşlı bir uşaq səhnəyə çıxıb başladı mayallaq aşmağa.
Onda da hamı beləcə gülmüşdü.

Kişi gülməli nə iş olduğunu sonra da danışmadı. Amma
deyəsən, heç kim bunu gözləmirdi. Bir azdan həzin musiqi
bu əhvalatı da, kafedəki adamları da ona unutdurdu.

Musiqi həmişə ona özünü unutdururdu, bataqlıq kimi
çəkib aparan hisslərin arxasından o daha heç kimi, heç nə-
yi görmürdü. Nəsə duyulmadan canına hopurdu, onu is-
tədiyi yerə çəkirdi, onunla istədiyini eləyirdi. Musiqi bitəndə
o, gücsüz olurdu, hələ bir müddət kimliyini, harda olduğunu
kəsdirəmmirdi. Əgər həmin an kiminsə yanında durduğunu,
ona baxdığını görsə, bu, yatan adamı səksəndirməyə oxşa-
yırdı. Ona görə musiqini həmişə təklikdə dinləyirdi. Hətta
adamların yanında ömrünün hansı əziz anınısa xatırlamağa
belə qorxurdu: kiminsə üz-gözündə hisslərini təhqir edəcək
bir ifadə görəcəyindən qorxurdu.

30
   25   26   27   28   29   30   31   32   33   34   35