Page 31 - "Yolüstü söhbət"
P. 31
– O vaxt birinci sinfə getməyə hazırlaşırdım...
Bunu kimin dediyini o heç görmədi də. Söz artıq deyil-
mişdi və sözün işığı hamının üzünə çilənmişdi. Məktəbə
getdiyi ilk gün, şehli sentyabr səhəri istər-istəməz onun da
yadına düşdü. Budu, anası onu geyindirib-gecindirib: əy-
nində yaşıl rəngli gödək uşaq şalvarı var, qısaqol ağ köy-
nəyinin yaxasına, qoluna çəhrayı tikmə salınıb. Təzə pal-
tarlarına sevinsə də, küçəyə çıxmağa utanır, elə bilir uşaqlar
bəzəndiyinə görə onu lağa qoyacaqlar. Qapıdan çıxanda
birdən anası onu saxlayıb bağa qaçır, bir dəstə qızılgüllə
qayıdır. Qızılgülü üzünə yaxın tutub, üzü görünmür, bir
dəstə qızılgül uçub ona sarı gəlir, qızılgül gülümsəyir.
Anası – qızılgül, anası – qızılgül. Qızılgül gülümsəyir...
Kafedəkilər də gülümsəyirdi, bu an hamı uşağa oxşayırdı,
əlində qızılgül tutmuş uşağa.
Kafenin bayaq işıq düşən iki balaca pəncərəsindən indi
içəri qaranlıq süzülürdü. Otağın olan-qalan işığı ağzı yana
bağlanmış çay qolu kimi soğula-soğula açıq rəngli əşyalara,
əllərə, çöhrələrə hopub, oradaca soyuq-soyuq işarırdı. Qa-
ranlığın get-gedə daha çox duyulan nəfəsi onu addım-
addım torpaqdan ayırırdı. Torpaqla göyün, sevinclə əzabın,
keçmişlə gələcəyin sərhədləri itdiyi həmin sirli anlar artıq
sirli olduğu qədər də dözülməz idi. Hisslərin qaysaqlan-
mamış yara kimi hər titrəyişə həssaslığı gecələr onu hər
şeyi unudub bir hovur yatmağa qoymurdu. Körpə anasını
çağırdığı təki, o da yarıhuş, yarıayıq səhərin açılmasını ar-
zulayırdı. Oyanan şəhər öz kobud əlilə pəncərəni döyəndə,
o sevinməyə də macal tapmırdı, daş kimi düşüb qalırdı.
– Mən gözələmmi?
Hamı elə bil küncdə oturmuş qızı indicə gördü. Qızın
on yeddi-on səkkiz yaşı zorla olardı. Həyat hələ verdiyinin

31
   26   27   28   29   30   31   32   33   34   35   36