Page 35 - "Yolüstü söhbət"
P. 35
Qoca onu durmağa qoymadı.
– Özüm götürərəm, siz zəhmət çəkməyin, amma icazə
versəniz, patefonu söndürərdim.
– Əgər xoşunuza gəlmirsə, söndürün.
– Yox, xoşuma gəlir, elə ona görə istəmirəm, musiqini
gərək həmişə eşidəsən, yoxsa elə bil birdəncə istidən soyuğa
düşürsən. – Mətbəxə keçib kolbasa-çörəklə qayıtdı. – Kafedə
də elə təkcə kolbasaydı, kolbasanı da ki, görməyə gözüm
yoxdu, ancaq daha çarəm nədi, bir də ki.. – kolbasadan çox
dişlədiyindən sözünün dalını zorla gətirdi, – nəsə indi
ləzzət eləyir.
– Nuş olsun. – Qoca elə iştahla yeyirdi ki, onun da ağzı
sulanmışdı.
– Həmişə belədi: nəsə haçansa adama ləzzət eləmir,
amma haçansa ləzzət eləyir. Gəl indi baş çıxar, pis nədi,
yaxşı nədi.
O, ərincək-ərincək:
– Gərək elə biləsiniz? – dedi.
Qoca dodaqaltı qımışdı:
– Neyləyəsən, kimsə bilmək istəyir. İnananda ki, pis fi-
lan şeydi, başlayır üstünə damğasını vurmağa, daha yüz
adam da yığıla, onu dediyindən döndərə bilməz: pisdi ki,
pisdi, vəssalam.
– İnanır ki, deyir. İnanmaq günah deyil.
– Qoy onda tələsməsin inanmağa. Günahkarı başa
düşmək üçün gərək günah işlədəsən.
– Onda belə çıxır ki, yaxşı adamların hamısı günahkardı,
İsa peyğəmbər də dünyanın ən günahkar adamı.
Qoca razılıqla gülümsədi:
– Gəldiz çıxdız mən deyənə. Elə çıxır. Ancaq boğaza qə-
dər günaha batmış adam başqa günahkarı bağışlaya bilər.

35
   30   31   32   33   34   35   36   37   38   39   40