Page 34 - "Yolüstü söhbət"
P. 34
ınlığa onların da ehtiyacı var, bu tanışlıq onları da
sevindirər. Amma necə tanış olsun? Şəhərdə həmin adamların
heç biri ilə rastlaşmırdı, kafedəsə kiminsə masasına
yaxınlaşmağa utanırdı, hətta özü də kafedə ona
yaxınlaşmaqlarını istəmirdi. O, əmin idi ki, burda bir-birinə
yaxınlaşmaq heç kimin ürəyincə olmaz, çünki söz-söhbətsiz
də bu yaxınlıq vardı.

Bəzən tanış olmaq üçün tez-tələsik durub, kafedən çı-
xanların birinin arxasınca getmişdi. Ancaq bir-iki dəqiqə
gec çıxsa da, bayırda neçə-neçə adamın arasında axtardığını
tapa bilməmişdi. Özü də bilirdi ki, həmin adam bax burda,
burda olmalıdı, uzağa gedə bilməz. Qaçırdı, diqqətlə üzlərə
baxırdı, amma yenə tapa bilmirdi.

Sonra bu qəribəliklərə öyrəşdi. Hətta bu adamlar get-
gedə onun üçün lap əziz oldu. Daha bu adamları yolda-iz-
də axtarmaq lazım deyildi, yuxusuna gəlirdilər, oturub
saatlarla onunla söhbət eləyirdilər. Bir-birlərini çoxdan,
lap çoxdan tanıdıqlarından hər söz, hər kəlmə hiss oyadırdı,
bir xatirə oyadırdı. Bir yerdə olmaq, eyni hissi yaşamaq
onları tənhalıq qorxusundan qurtarırdı. Ən kədərli xatirələr
belə, bir yerdə onlar üçün yağış səsi qədər xoş və kövrək
idi.

Amma bir kərə göy gözləri civə kimi oyur-oyur oynayan
qoca bir kişinin gəlişi onunçün lap gözlənilməz oldu. Bu
adamı kafedə heç vaxt görməmişdi. O isə içəri girən təki
nimdaş, bozumtul paltosunun ətəyini yığıb stulda otura-
otura:

– Bu saat kafedən gəlirəm, – dedi, – acından da ölürəm,
mərətdə düz-əməlli bir şey də tapılmır.

– Məndə bir az kolbasa var, – deyə o, yerindən qalxmaq
istədi.

34
   29   30   31   32   33   34   35   36   37   38   39