Page 37 - "Yolüstü söhbət"
P. 37
ə qusuntusunu örtməyə çalışırdı. Amma görən olmuşdu.
Xidmətçi öz ağır-arxayın yerişilə yaxınlaşıb dinməzcə əlin-
dəki əskini qocanın qabağına atdı. Qoca elə bil günahını
yumaq üçün ona verilmiş imkana sevinirdi. Əskini götürüb
tələsə-tələsə döşəməni silirdi. Silib qurtaranda xidmətçi
onun durmağına kömək elədi, amma yerində oturtmadı,
çəkə-çəkə qapıya sarı apardı.

Xidmətçi qocanı çölə salıb qayıdandan sonra o, yerində
nəfəs çəkməyə də qorxurdu. Birdəncə hiss eləmişdi ki, nə-
sə olacaq, nəsə eləyəcək, bu gün, sabah, ya birisi gün onu
da kafedən belə qovacaqlar. Bir də bu kafeyə gələmməyəcək,
ömürlük kafenin qapısı üzünə bağlanacaq.

O, hamının bircə dəfə gəldiyi kafedə çox ləngidiyinə
heyifsiləndi. Gərək əvvəlcədən özünü saxlayaydı, vaxtında
ayağını burdan kəsəydi, vaxtında çıxıb gedəydi. Daha
gecdi, çox gecdi.

Elə səhərisi, hər ertə onu yuxudan durğuzan, böyrünü
dürtmələyib kafeyə dartan sevincin azaldığını hiss elədi.
Həmin gündən həvəslə görüşünə hazırlaşdığı gecə qonaqları
da yoxa çıxdı. Və həmin gün ilk dəfə kafedə gördüyü
adamların biri ilə şəhərdə rastlaşdı. Görüşün həqiqiliyinə
inanana qədər bu təsadüfi görüşlər gün-gündən lap artdı.
O, indi kafedə gördüyü adamlara hər gün, hər yerdə:
çayxanalarda, dükanlarda, avtobuslarda, hətta ümumi
tualetlərdə də rast gəlirdi. Qəribə idi ki, kafedə gördüyü
bu adamlar daha şəhərdə gördüyü min-min adamın heç
birindən heç nə ilə fərqlənmirdi. Bu adamların da yanından
o, yad kimi keçib-gedirdi, onlara yaxınlaşmağa, onlarla
görüşüb söhbət eləməyə həvəsi olmurdu: bir-birlərini
itələyə-itələyə avtobusa doluşurdular, deyinə-deyinə növbədə
dayanırdılar, bir-birlərini acılayırdılar.

37
   32   33   34   35   36   37   38   39   40   41   42