Page 40 - "Yolüstü söhbət"
P. 40
FİRUZƏ QAŞLI SIRĞA
E vlənəndən tək gəzməyi xoşlayırdı. Həmişə də özü
ilə kitab götürürdü. Çünki gəzməkdən çox, bəzən
bir yerdə dayanmalı olurdu: ya trolleybusda, metroda, ya
dükanda. Onda kitab dadına çatırdı, onu vaxtla göz-gözə
dayanmaq əziyyətindən qurtarırdı.
İş yeri qaldığı evdən uzaq idi. Ancaq evlənəndən uzaqlığı
da hiss eləmirdi. Uzaqlıq – darıxmaq deməkdi. O isə axır
vaxtlar darıxmırdı və heç hara tələsmirdi.
Səhərlər yuxudan tez dururdu. Elə tez dururdu ki, Nə-
rimanov prospektindən “Bakı Soveti” metrosuna qədər
tələsmədən, gəzə-gəzə, işığın qaranlığı necə əritdiyinə ta-
maşa eləyə-eləyə piyada gedə bilsin. Yolüstü də köşkdən
təzə qəzet alırdı, onu da kitab qoyduğu sellofan torbaya
atırdı və beləcə: yarımçıq qalmış kitabın, təzə aldığı qəzetin
istisinə qızına-qızına metroya düşürdü.
Metro səhərlər basabas olurdu. İstəsən də, belə basabasda
nəsə oxumaq çətin məsələ idi. Ancaq o heç istəmirdi də.
Bir-birinin ağzına girmiş, geyimlərindən, görünüşlərindən
çox, bir-birindən çöhrələrinin ifadəsilə seçilən adamlara
baxmaq, kitab oxumaqdan az maraqlı deyildi. Birinci və
40