Page 43 - "Yolüstü söhbət"
P. 43
yandan da günəş: sopsoyuq, adı var, özü yox, gücü tək
göz qamaşdırmağa çatır. Qanını bircə qaraldan arvadının
səhər-səhər ağrıdan turşumuş sifətini görməsi idi. Yığılmamış
yataq, balıncda qopub qalmış saç, arvadının turşumuş sifəti
iki dəqiqə əvvəl örtdüyü qapının o yanında qalmışdı. Belə
gözəl havada xəstəlik haqda düşünmək günah idi. Ona
görə çalışırdı heç düşünməsin. Ancaq bir dəfə gərək onu
həkimə aparaydı, əməlli-başlı yoxladaydı, görəydi dərdi
nədi. Çünki həmişə harasınısa tuturdu, ağrısını nə qədər
gizlətməyə çalışsa da, hərdən özü ilə bacarmayıb sızıldayırdı.
Deyirdilər kənd adamı buz baltası kimi olur, o da belə bi-
lirdi, gedib aldı, bəxtindən gəlib xəstə çıxdı. Şəhəri də
düzəməlli tanımırdı ki, ağrıyanda özü durub həkimə getsin.
O da ha deyirdi aparacam, di gəl, macal eliyəmmirdi. An-
caq nəsə fikirləşmək lazımdı, arvad onun idi, o da gərək
fikirləşəydi. Bunu bildiyindən və heç nə fikirləşmədiyindən,
ağrıdığına görə arvadına lap acığı tuturdu.
Tini dönən kimi özünü azadlıqda hiss elədi. Elə bil
gözdən itən evlə bir yerdə onu evə bağlayan qayğılarla da
üzülüşdü.
Prospekt yenə qələbəlik idi: səs-küy, bir yerdə bənd al-
mayan qıvraq ayaqlar, sağlam, gülümsər çöhrələr. Tələbə
olduqları qoltuğuna vurduğu kağız rulonlarından, kitab-
dəftərdən çox, sifətlərindəki işguzarlıqdan oxunan cavan-
cavan uşaqlar durduqları yerdə də tələsiyirdilər. Avtobuslar,
trolleybuslar onları institutun qabağından şəhərin dörd
yanına səpələyib qurtarammırdı. İçində gəzdirdiyi sevincdən,
ümiddən hamının xəbəri olduğuna inanan bu sadəlövh
uşaqların hay-küyünə o qədər adət eləmişdi, hətta bazar
günü onları görməyəndə qəribsəyirdi, nəsə itirmiş adam
kimi narahat olurdu.
43