Page 42 - "Yolüstü söhbət"
P. 42
racaq, nəyi hara qoyub, nəyi hardan götürəcək. Stol
onunla otaqdakılar arasında görünməz pərdəyə dönmüşdü.
“Pərdənin” arxasında heç kim ona dəyib-dolaşmırdı, yerli-
yersiz söhbətə tutmurdu. Oturub sakitcə öz işini görə bilir-
di. İşini qurtaranda yenə kitab köməyinə çatırdı və hamının
əlindən zinhara gəldiyi səkkiz saatın necə keçib-getdiyini
o, hiss eləmirdi.

İşdən çıxanda evə gəldiyi yolla qayıdırdı, amma gəldiyi
kimi qayıdammırdı. Necə keçdiyini duymadığı səkkiz saatı
bədəni, canı istər-istəməz hiss eləyirdi, metrodan sonra
Nərimanov prospektinə piyada qalxmağa həvəsi olmurdu.
Həm də elə bil iş-gücdən təkcə adamlar yorulmurdular,
günün özü də yorulurdu, rəngini, şuxluğunu itirirdi. Ətraf-
dakılar onu özünə çəkməkdən çox, özündən itələyirdi. Heç
nə diqqətini tutub saxlamırdı, hətta kitab oxumaq fikri
belə onu sevindirmirdi. Yaxşı ki, bu halsızlığın, biganəliyin
ötəri olduğunu bilirdi. Arvadının gətirdiyi bir stəkan çayı
içib, bir qismət çörəyi yeyib, bir az divanda uzanandan
sonra, gəzmək, görmək, nəyəsə tamaşa eləmək istəyi təzədən
qayıdırdı. Dükanda, trolleybusda ətrafına baxmaqdan bezsə,
vaxtla göz-gözə dayanmamaq üçün kitabı da qoltuğuna
vurub yenə evdən çıxırdı.

Bu gün şənbə idi. Elə bircə buna görə sevinməyə dəyərdi:
yuxudan istədiyin vaxt durursan, bütün bir gün də soyulmuş
naringi kimi sənin ixtiyarında. Getməyə, gəzməyə yerin
olmasa da, dəxli yoxdu, bilirsən heç nədən, heç kimdən
asılı deyilsən, öz əlin, öz başın. Hələ onu da düşünmək
xoşdu ki, gecəni rahat yatacaqsan, çünki səhəri bazar
gününə açılacaq.

Bəxtindən bu gün hava da gəl-gəl deyirdi. Hər yan
ağappaq, dünəndən yağan qar əriməyə macal tapmayıb,

42
   37   38   39   40   41   42   43   44   45   46   47