Page 45 - "Yolüstü söhbət"
P. 45
tləq ordunu dişləyəcək. Qızın necə hirsləndiyini, ordunu
dişləyə-dişləyə nələr dediyini təsəvvürünə gətirəndə tezcə
piştaxtadan uzaqlaşırdı. Bu dəfə kənardan durub göz qo-
yurdu, guya qızın ona rəhmi gələcəkdi. Gözləyirdi, baxırdı,
ancaq qızın çağıracağına heç inanmırdı da. Bu ümid idi, di
gəl bu ümidin kölgəsi yox idi, ürəyin istəyəndə altında
uzanıb sərinləyəsən. Pişik quyruğu ilə oynadığı kimi, bu
kölgəsiz ümidlə oynamaq da onun xoşuna gəlirdi.
Dükanın girəcəyinə vurulmuş əl boyda kağız hələ də öz
köhnə yerində dururdu. Bir həftə idi, hər gələndə gözünə
sataşırdı, orda nə yazıldığını da daha əzbər bilirdi. Amma
birdən-birə hardansa peyda olmuş bu kağıza da, bu kağızda
yazılanlara da öyrəşəmmirdi. Dükana girib-çıxanda ayağını
saxlayıb, ilk dəfə görürmüş kimi təzədən oxuyurdu.
FİRUZƏ QAŞLI SIRĞA İTİRMİŞƏM!
Çox xahiş edirəm, tapan zəng vursun.
Əvvəlcədən minnətdarlığımı bildirirəm!
Telefon: 88-24-36
Güllü Qasımova
Elan göy mürəkkəblə yazılmışdı, bircə “itirmişəm” sözü
qırmızı mürəkkəblə. Güllü xanım kim idisə, sadəlövh adam
deyildi. Bilirdi, sırğanı tapan adam çətin qaytarar, di gəl,
inanmaya-inanmaya bəxtini sınamaq istəmişdi. Yazana
qədər nələr keçirdiyi, nə düşündüyü, nə fikirləşdiyi tək elə
elandan hiss olunurdu. İki yerdə nida işarəsi qoyulmuşdu:
bir itirdiyini yazanda, bir də minnətdarlığını bildirəndə.
Xahişini bacardıqca yumşaq eləmişdi, nida işarəsindən
qaçmışdı. Nə bilmək olar, birdən acıqları tutar, fikirləşərlər,
əmr eləyir. Ancaq “çox” sözünü yazmağı unutmamışdı:
bəlkə tapan onun halını başa düşdü, rəhmə gəlib qaytardı.
45