Page 46 - "Yolüstü söhbət"
P. 46
familiyasını isə lap xırda hərflərlə yazmışdı, gözə sox-
maqdan çəkinmişdi. Bir yana qalanda, ad-familiyanı heç
yazmamaq da olardı, onsuz da telefon nömrəsi göstərilmişdi,
tapan hara zəng vuracağını bilirdi. Burda da Güllü xanım
ad-familiyasını yazmaqla tapanın ürəyini yumşaltmağa
çalışmışdı. Çünki telefon nömrəsi səs idisə, ad-familiya
səsdən başqa həm də şəkil idi: kimin ürəyi necə istəsə,
eləcə gözünün qabağına gətirə biləcəyi bir qadın şəkli.
Bəlkə bu şəkil tapana nəsə dedi, kimisə yadına saldı,
nələrisə xatırlatdı.

Qəribə də olsa, kimin ki işi bir balaca dara düşdü, istə-
yir, hamının ona yazığı gəlsin. Bacardıqca da bu istəyi pər-
dələməyə çalışır. Güllü xanım da eləcə. Heç kimə inanmır,
amma fikirləşir ki, qaytarmırlar-qaytarmırlar, heç olmasa,
yazıqları gəlsin.

Görən, doğrudan da, sırğanı tapan qaytararmı? Bəs əgər
o tapsa idi qaytarardımı?.. Baş sındırmağa dəyməz. İndi
başqa adamdı, başqa cür fikirləşir. Tapandan sonra başqa
adam olacaq, başqa cür fikirləşəcək. Həmin başqa adamın
əvəzindən danışmaq nəyə lazım?

Onun elana baxdığını görüb bir-iki adam da ayağını
saxlamışdı. İndi yaman olar: biri fikirləşə ki, sırğanı o tapıb,
tuta yaxasından, hay-küy sala. Gəl onda işin arasından çıx
görüm, necə çıxırsan. Bunu təsəvvür eləmək çətin deyildi:
o saat rəngi-ruhu qaçdı, gözünü gizlətməyə yer axtardı.
Təsəvvür elədiyindən qorxmaq adəti idi. Bir də görürdün,
dükanda, ya hardasa, hansı bədbəxtinsə səsi aləmi başına
götürdü. Hamı bir-birinə dəyirdi, oğrunu yamanlayırdılar,
nəyi apardığını, necə apardığını soruşurdular, məsləhət
verirdilər. O isə ürəyi əsə-əsə sıpıxıb bir kənarda dayanırdı,
kimsə üzünə baxanda lap əl-ayağı yerdən üzülürdü. Deyirdi,

46
   41   42   43   44   45   46   47   48   49   50   51