Page 39 - "Yolüstü söhbət"
P. 39
la eşitdi, əlini cibinə salıb nə vardısa, hamısını çıxartdı.
Qız yenə gözəldi, kafedəkindən də gözəldi, di gəl bu
gözəlliyi qoruyan, bu gözəlliyi əlçatmaz eləyən, hiss olunan,
duyulan sevincdən, coşğunluqdan gözlərini yaşardan,
ancaq gözə görünməyən nəsə bircə anda yoxa çıxmışdı,
həmişəlik yoxa çıxmışdı.

Sonra iki gün evdən bayıra ayaq qoymadı. Yuxu da ona
yaxın düşmürdü. Gözlərini yumanda elə bil gözünün giləsi
get-gedə böyüyürdü, o qədər böyüyürdü ki, həmin dəqiqə
gözünü açmasa, gilələrin davam gətirməyib partlayacağından
qorxurdu. Bütün günü eləcə, key kimi gözlərini divarda
bir nöqtəyə zilləyib qalırdı.

İki gündən sonra durub evdən çıxdı. Tez-tələsik paltosunu
geyindi, tez-tələsik qapını bağlayıb qaça-qaça pilləkənləri
düşdü. Elə bil nəyisə qət eləmişdi, ancaq son sözü demək
üçün tezcə getdiyi yerə çatmalıydı. Orda hər şey, hər şey
aydın olacaqdı.

Həmin yerə çatanda gözlərinə inana bilmədi. Burda
kafe deyilən şey yox idi və sanki heç vaxt olmamışdı. Yara-
şıqlı doqquzmərtəbəli binanın qabağında cavanca bir gəlin
xarici cib dəsmalları satırdı.

39
   34   35   36   37   38   39   40   41   42   43   44