Page 17 - "Yolüstü söhbət"
P. 17
kaş bu uşağı o doğmuş olaydı, beləcə bir yerdə uşağı
bağçaya aparaydılar, bağçadan gətirəydilər, indiki səddi
qırıb onunla danışaydı, nəsə soruşmaq üçün qoluna toxu-
naydı, heç kimdən çəkinmədən üzünə gülümsəyəydi. O,
Səlvini intizarda çox qoymadı…
Yaxşı ki, Səlvi onu incitmirdi, ürəyini ələk-vələk eləmirdi,
astarına çevirmirdi. O da Səlviyə əxlaq dərsi vermirdi, ar-
vad-uşaqlı kişinin subay, cavanca bir qıza tay olmadığını
söyləyib onu haqq yoluna qaytarmağa çalışmırdı. Onsuz
da haçansa ayrılacaqdılar, gec-tez nəsə olacaqdı, ya birdən-
birə, ya yavaş-yavaş. Onsuz da həyat da müvəqqətiydi.
Yel, miokard, astma…, ya avtomobil qəzası. Bir də gördün,
arvadı şikayətlənirdi, deyirdi nə olaydı, bir dəfə də bizim
bəxtimiz gətirəydi, nəsə tapaydıq, ya maşından-zaddan
udaydıq. Düzdü, onların bəxti gətirib maşın-zad udmurlar,
di gəl, gündə nə qədər adam maşın altına düşür, ya çayda
boğulur, pilləkəndən aşır. Onların hələ ki bu sarıdan da
“bəxtləri gətirmir”. Buna da şükür.
Hərdən könlünə toxunanda, görüşünə getməyəndə, ya
elə-belə darıxanda quş olurdu, uçub Səlvinin pəncərəsinə
qonurdu. İstəyirdi beş addım oyandakı Səlvini, onun necə
baxdığını, gülümsədiyini, kiməsə nazlandığını, kimdənsə
küsdüyünü görsün, yad adamlar içində dolaşan yad tə-
bəssümlü bu qızın onun olduğuna özünü inandıra bilməsin,
bir az qüssələnsin, əzab çəksin, özü özünü bir az ağrıtsın.
Səlvinin otağı bapbalaca idi. Bu bapbalaca otaqda qapının
girəcəyindən iri güzgü asılmışdı. Səlvi o güzgünün qabağında
sığallanırdı, daranırdı, həyətə düşəndə, nə üçünsə mağazaya
qaçanda da tələsik güzgüyə boylanırdı. Qadın bəzənirsə,
demək, istəyir xoşa gəlsin, diqqət çəksin, sevilsin. Ancaq
kişilərin çoxu sadəlövhdü; elə bilir büruzə versə, hiss elət-
17