Page 9 - "Yolüstü söhbət"
P. 9
raqda, şüurun alt qatında, fələyin məxfi əməliyyat sahəsində, ins-
tinktlərin gizli reaksiyalarının aparıldığı qaranlıq zirzəmidə gəlir. O
zirzəmidə nə kimyalar qaynadılır, nə maddələr alınırsa, sonunda bu
maddələrdən insanın taleyi bişirilir. Bəzən Sadayın personajı arxasınca
silahlı konvoy kimi hərlənən taleyinin gözündən yayınıb azad olmağa,
xoşbəxt olmağa can atır, onda da ya lotereyasının vaxtı keçmiş olur
(“Uduş”), ya yolu yarı mənzildə qırılır (“Zədə”), ya ölümünə qurtuluş
kimi göz dikdiyi qardaşı sağ qalır (“Fevral”), ya beynindəki qarışıqlığa
aydınlıq gətirmək üçün bir dindarın məbəd qapısına üz tutduğu ümidlə
qaça-qaça getdiyi kafeni yerində tapmır (“Qırxıncı otaq”), ya da kimisə
(əslində özünü) intizardan qurtarmağa gecikir (“Firuzə qaşlı sırğa”).
Kəskin süjetlər olmasa da, Saday Budaqlının əsərlərində kəskin dönüşlər,
sərt döngələr, qəfil gedişlər bəs deyincədi.

Sadayın özünün də öz qəhrəmanlarına bir şəksiz bənzərliyi var: o
da onlar kimi dünyaya içinin dərinliklərindən, ağlın mikroskopla belə
seçə bilmədiyi qatlardan baxır. Oradan aləm bir özgə cür görünür. Elə
buna görə də Sadayın həyata, hadisələrə çox ayıq, hay-küysüz, orijinal,
çox da dərin yanaşması var – necə deyərlər, dərin çaylar sakit axır.
Nəsri nə qədər apolitik olsa da, mən bu illər ərzində onun ölkədə,
dünyada baş verən ictimai-siyasi proseslərə biganə qaldığını görməmişəm.
İntəhası, Saday Budaqlı dövrün, cəmiyyətin sosial mənzərəsini yaradan
yazıçılardan deyil, o, ictimai yüklü hadisələri də kütlənin “əlindən
alıb” fərdin psixoloji mülkiyyətinə çevirə bilir. Məsələn, Qarabağ
köçkünlərinin taleyi barədə çox deyilib, çox yazılıb, neçə-neçə film çəki-
lib; ancaq az-az fakt, tək-tək sənəd insanı “Əclaf” hekayəsindəki Feyzi
kişinin taleyi qədər sarsıda bilər. Müharibədə təkcə yurdunu yox,
oğlunu, gəlinini, nəvələrini, bir sözlə, bütün var-yoxunu itirmiş qoca
kişiyə əclafcasına aydın bir sual verilir: “Sən axı niyə yaşayırsan, niyə
ölmürsən?..” Bir savaşçı bəlkə bu suala asan cavab tapardı, məsələn,
qisas almaq üçün, düşmənlərini öldürmək üçün yaşadığını deyərdi;
fələyin qumarında bütün həyatını uduzmuş, əlindən heç nə gəlməyən,
dünyanın bazarında fağır-fağır hərlənib tərəzi qabağında qalmış tərəvəzlə
dolanan qoca qaçqınsa bu qəddar sualın qabağına öz miskin, iddiasız
ölümündən başqa nəylə çıxa bilərdi?..

9
   4   5   6   7   8   9   10   11   12   13   14